Ləman Hüseynli: “İstedadlı insan hər sahədə istedadlıdır”

WIN_7550
 
“İşdən Sonra” rubrikasının növbəti qonağı istedadlı interyer- dizayner Ləman Hüseynlidir. Ləman Hüseynli Fəvvarələr bağı, Nizami muzeyi, Araz kinoteatrı kimi məşhur memarlıq nümunələrinin yaradıcısı memar Qasım bəy Hacıbababəyovun kötükcəsi və davamçısıdır. O, 3 yaşından maraq göstərdiyi interyer sahəsində bu gün kifayət qədər tanınmış bir simadır. “Zuleykha” jurnalı onunu bir az işdən, bir az da xanım- xanıma səmimi söhbətə dəvət etdi.
 
WIN_7554
 
– Ləman xanım, bildiyimiz qədər siz bir neçə istiqamətdə fəaliyyət göstərirsiniz. Oxucularımza özünüzü necə təqdim edərdiniz?

– Mən interyer dizaynerəm. İlk interyer qabiliyyətimi mən hələ 3 yaşından şəkil çəkməyə başladığım zamalardan valideynlərim kəşf edib və məni rəssamlığa yönləndiriblər. 1995- ci ildə, yəni 9 yaşımda ilk fərdi sərgim baş tutdu. Sərgidə 30-a yaxın rəsmim və dəblə bağlı əl işlərim nümayiş olundu. 1997-ci ildə Qafqazda və Azərbaycanda keçirilən ilk moda festivalında iştirak etdim. Festivalda mən ən gənc iştiraçı idim. Mənim üçün bu bir ekspriment idi. Amma o müsabiqədə xarici münsiflər tərəfindən “Avanqard Moda” nominasiyasında qalib seçildim. 18 yaşımdan isə interyerə maraq göstərməyə və özümü tamamilə bu sahəyə həsr etməyə başladım.
 
– Siz dəb sahəsində də çox maraqlı iz qoymusunuz. Hətta kifayət qədər böyük bir iş. Bu barədə də oxucularımıza danışardınız.

– Bəli. Mənim ikinci təhsilim aviasiyayla bağlıdır. Təhsilimlə bağlı bir müddət hava limanında çalışmışam. Həmin vaxtda Azərbaycan hava yollarının özünə məxsus simvolu yox idi. Qərara gəldim ki, bu sahədə yenilik edim. Buta ornamentindən istifadə edərək onlar üçün forma dizayn etdim.
 
WIN_7753
 
– Avropada aldığınız təhsilin interyer dizayner kimi sizin yaradıcılığınıza təsiri nə dərəcədə oldu?

– Avropa klassikasını, incəsənət nümunələrini, ümumiyyətlə o yaradıcılıqla yaxından tanış olmaq təbii ki, yaradıclığıma çox təsir etdi. 2 il əvvəl İtaliyada interyer sahəsində təhsil aldım. Artıq geri dönəndə tərzimi dəyişdim. Bu mənim interyerdə istifadə etdiyim rənglərdə, ümumi dizaynda da özünü göstərdi.
 
– Ləman xanım, Azərbaycan müştərisini fərqləndirən hansı nüanslar var?

– Çox istərdim insanlarımız da cəsarətli olsunlar. Nədənsə müştərilərimiz ən çox bej və qəhvəyi rəngdən istifadə etməyə üstünlük verir. Mənim isə məsələn, heç bir işimdə siz qəhvəyi qapı görə bilməzsiniz. Ümumiyyətlə, onu qeyd edim ki, Azərbaycan müştərisi minimalizmdən daha çox  zəngin görüntünü sevir. Arzu edərdim ki, insanlarımız ətrafdakıları deyil, öz ideyalarını üstün tutsunlar və eksperimentlərdən çəkinməsinlər.
 
WIN_7628
 
– İnteryerdə rənglərin nə kimi önəmi var?

– Hər bir rəng psixologiyayla bağlıdır. Rənglər bizi, əhvalımızı əks etdirir. Hətta elə xəstəliklər var ki, rənglərlə müalicə edilir. Mən hər bir müştərimlə öncə söhbət edirəm və onların hansı xarakterə sahib olduqlarını müəyyən etməyə çalışıram. Əgər ailədirsə, övladları varsa, ailə üzvlərinin hər biriylə tanış oluram, həyat tərzləri, iş yerləri, təhsil aldıqları yerlərlə maraqlanıram. Və ondan sonra onlar üçün nə yaxşı olacağını qərar verirəm.
 
– Ləman xanım niyə məhz mənzil dizaynına üstünlük vermirsiniz?

– Böyük məkanlar belədir ki, ora gündə 100 nəfər gəlir və onların hamısının zövqünü oxşamaq məcburiyyətindəsən. Amma mənzil daha fərqlidir. Mənzil dizaynında öz fikirləri ilə heç kim məni sıxmır. Rahat oluram və istədiyim ideyaları reallaşdırıram.
 
WIN_7637-Edit

 

– Dizayn işlərini reallaşdırdığınız mənzillərdə bu işin məhz sizə aid olduğunu necə müəyyən edə bilərik? İşlərinizdəki imzanız nədir?

– Əsasən tərzimi interyerdə istifadə etdiyim aksesuarlarda da görə bilərsiniz. Hətta dizayn etdiyim mənzillərə rəsm əsərlərimi də çəkib yerləşdirirəm. Görüdüyünüz bu mənzil məsələn, milli ruhda dizayn edilmişdir.
 
WIN_7562WIN_7565
 
– Həm də rəssamsınız. Bunun sizin işinizə təsiri nə dərəcədədir?

– Əsl dizayner rəsm çəkmək qabiliyyətinə malik olmalıdır. Amma eyni zamanda dizayner işin texniki tərəflərini də bilməlidir. Bir interyer dizayner mütləq tikintidə olmalıdır, texniki prosesin gedişatında şəxsən iştirak etməlidir.
 
– Ləman xanım, ancaq işdən danışdıq. Bəs işdən sonra? Necə dincəlirsiz?

– İstirahət vaxtım məhduddur. Müştərilər mənimlə əlaqə saxladıqda bayram olsun, istirahət günü olsun fərq etməz, mütləq onlara zaman ayırmalıyam. Istirahətə vaxt olanda isə dəniz kənarına gedirəm. Tək əyləşirəm və saatlarla dənizə baxıram. Dincələndə belə yanımda karandaş və kağız olur. Çox səs-küy olan yerdə istirahət edə bilmirəm, bu mənim üçün istirahət olmur. Yaxud avtomobil idarə edə-edə musiqi dinləyirəm, bu da mənim üçün istirahətdir.
Çox yorulduğum anlarda isə mütləq ölkə xaricinə çıxıram. Bir çox şəhərlərdə olmuşam, amma İstanbul qədər mənə müsbət enerji verən ikinci bir şəhər olmayıb. Hər addımbaşı azan səsi, yenə dəniz və çaykaların səsi. Desəm bəlkə də təəcüüblənəcəksiniz, amma məni sakit edən bir vərdişim də var. Bu yaxınlarda bunun elmi sübutunu da araşdırıb tapdım. Sən demə ağaclarla qucaqlaşmaq faydalıdır, çünki  ağac həm torpaqdan, həm də havadan enerji alır və biz onunla qucaqlaşan zaman ikiqat enerji almış oluruq. (gülür)

 

WIN_7783
 
– Sizə zövq verən və ruhunuzu dinləndirən başqa hansı aktivlikləriniz var?

– Modelyer dizayner kimi nəsə yaradıram, rəsm çəkirəm. Bunlar mənim ruhumu dincəldən məşğuliyyətlərdir. Və hərdən – bu əsasən mənim ruh halımla bağlıdır- peşəkar olmasa da, bəzən şeir də yazan əhvalda oluram.
 
– Bir az da gələcək planlarınızdan danışaq…

– İdeyalarım həddindən artıq çoxdur. Bu yaxınlarda bunun haqqında açıqlama verəcəm. Ərsəyə gələcək bu ideya mənim iş sahəmlə çox fərqlidir və hamının təəccüblənəcəyinə əminəm.
 
– Ləman xanım xoşbəxtliyi nədə görür?

Mənim ən böyük xoşbəxtliyim ondadır ki, ətrafımda həqiqətən də mənim uğurumu arzu edən insalar, əsasən də valideynlərim hər zaman mənə dəstək olublar. Uşaq yaşlarımdan indiyə kimi arzularımı reallaşdıra bilmişəm. İstədiyim təhsili almışam, sevdiyim peşəyə sahib olmuşam. Bu nemətlərə görə hər zaman şükürlü olmuşam. Çünki təəssüf ki, Azərbaycanda bir çox istedadlı qadın belə imkanlardan məhrumdur. Ailə- valideyn və həyat yoldaşının dəstəyi qadın üçün cox önəmlidir. BU dəstək onu yaşadır və ilhamlandırır.
 
– Sizə görə bir xanım nə zaman özünü xoşbəxt hiss edə bilər?

– Qadın özünü xoşbəxt hiss edir – sevdiyi işlə məşğul olanda, ətrafında onu başa düşən insanlar olanda və ən əsası gözəl ailəsi olanda.
 
– Subaysınız. Sizə görə möhkəm və sağlam bir ailə qurmaq üçün qadının və kişinin öhdəliyinə nə düşür?

– Birincisi qadın müdrik olmalıdır. Ailədə əmin- amanlığı saxlamaq üçün. İkincisi səbrli olmalıdır. Səbr mütləqdir. Səbr olmasa o ailə uzunmüddətli olmaz. Kişi isə ilk növbədə qadına qarşı inamlı olmalıdır. Bir qadın ki, müəyyən bir yaşa çatıb, artıq karyerasını qurub, müəyyən statusa sahibdir və həyatının sevgisinə rast gəlib, o insan onun əldə etdiklərini məhv etməməlidir. Ona dəstək olmalıdır. Hədsiz qadağalar qadını məhv edir. Ən əsası da kişi qadına diqqət göstərməlidir.
 
– Yaradıcı və işgüzar bir xanım kimi bizim oxucu xanımlarımıza nə məsləhət verərdiniz?

– Əslində hər bir insanın mütləq bir istedadı var, istedadsız insan yoxdur. Sadəcə tənbəl insanlar var. Mən arzu edirəm ki, hər kəs özündəki istedadı kəşf etsin və inkişaf etdirsin. Və təbii ki, dəstək mütləqdir. Bu hər bir istedadın üzə çıxması üçün önəmlidir. Hər bir xanım özü hətta ev şəraitində belə nəsə hazırlaya bilər. Sadəcə ideya olmalıdır və təbii ki, həvəs. Cəhd edin, öz eviniz üçün nəsə hazırlayın. Əmin olun ki, bu sizə müsbət enerji verəcək.

 

Hazırladı: Nərminə Məmmədova
Foto: Muhammad Ağa
Məkan: Jumeriah Bilgah Beach Hotel

 
 
WIN_7684WIN_7650 WIN_7636-EditWIN_7652WIN_7648WIN_7673WIN_7771 WIN_7773 WIN_7774 WIN_7775  WIN_7624

Şərhlər

Menyu