Amsterdam: əyləncə və huzurun birləşdiyi şəhər

Screenshot_4


“Zuleykha”
– nın səyahət rubrikasının növbəti dayanacağı Avropanın 10 ən gözəl şəhərindən biri, əyləncəni, sakitliyi, zəngin tarixi və müasirliyi bir məkanda axtaranların ünvanı- Amsterdamdır. Hollandiyanın paytaxtı olan bu gözəl şəhər ən çox səyahət edilən mədəniyyət, incəsənət və turizm mərkəzidir. Təbiəti, tarixi evləri, muzeyləri, insanların yaşayış tərzi ilə Amsterdamı sevəcəksiniz.

Əgər bu şəhərə yolunuz düşsə, ya da istirahətinizi burada keçirtmək istəsəniz bu məqalədə Amsterdamın gəzməli ən mühüm yerləri ilə qiyabi tanış olacaqsınız.

Turistlər Hollandiyaya gedərkən daha çox Eindhoven hava limanından istifadə edirlər, ordan isə Central Stationla bir çox Hollandiya şəhərlərini gəzirlər. İlk olaraq hava limanından mərkəzdəki Central Station-a gedən biletləri sarı, mavi makinalardan 3.90 avroya ala bilərsiniz. “Comfort Class” bilet almağa qətiyyən ehtiyac yoxdu. “Second Class” bilet alsanız Sprinter, Intersiti və gecə qatarlarından yararlana bilərsiniz. Qeyd edək ki, İntersiti qatarlardan istifadə etməyin ən üstün avantajlarından biri də odur ki, eyni biletlə Amsterdam istiqamətində gedən Utrext, Rotterdam, Hague, Maastrixt kimi bir neçə şəhəri gəzə bilərsiniz.

Amsterdam bütün fəsillərdə gəzmək gözəldir, amma ən ideal fəsil yazdır. Xüsusilə də, Amsterdama 40 km uzaqlıqda yerləşən Keukenhofda olan lalə festivalını görmək istəyirsinizsə. Şəhərdə gəziləcək, görüləcək yerlər bir-birinə yaxın – Central Station olan dairədə yerləşir. Haqqında bəhs etdiyimiz dairədə otellər də var.

Amsterdamda gəziləcək yerlər:

Dam Meydanı– Şəhərin ürəyi və ya dostların,tanışların görüş yeri. Meydanda olan klassik heykəllər şəhərə və şəhər rəhbərliyinə həsr olunmuşdur. Kraliyet Sarayı isə (Koninklijk Paleis) əvvəllər bələdiyyə binası olub.

14

 

Madam Tüsso Müzeyi (Madame Tussauds) – Dam meydanında yerləşən Madam Tüsso müzeyində Hollandiya tarixini canlandıran sərgilər və dünyaca məhşur sənətçi, aktyor, aktrissa və siyasətçiləri canlandıran heykəllər var. Burada insanların marağına səbəb olan tək şey tanınmış ulduzların heykəlləri ilə şəkil çəkdirməkdir. Biletin qiyməti böyüklər üçün 22 avro, uşaqlar üçünsə 18 avro-dur.

05-madame-tussaud

kate-wills-waxwork_2412051b

 

Anna Frank Evi – Amsterdamda ən məşhur  yerlərdən biri də Anna Frank Evidir. Kanal kənarı evlərdən birində yaşayan iki yəhudi ailə İkinci Dünya müharibəsində 2 il faşistlərdən gizlənib. Daha sonra tutularaq Bergen- Belsen düşərgəsinə aparılıblar. Düşərgədə dünyasını dəyişərkən 15 yaşında olan ailə üzvlərindən biri Anna Frankın yazdığı gündəlik bu günə qədər gəlib çataraq dünyada məşhur oldu.

anne-frank-house

anne-frank-diary-open

Amsterdam Kanalları (Canals)– Kanal turu olmasa Amsterdamı gəzmiş sayılmarsınız. Prinsengracht, Herengracht, Keizersgracht ve Singel əsas kanallardır. Kanalları və ətrafda yerləşən tarixi evləri görə bilmək üçün gündüz, romantik bir gəzinti üçünsə axşam saatlarına üstünlük vermək daha məqsədəuyğundur. Bunu da qeyd edək ki, dünyada kanalları ilə tanınan Venesiyada 150 kanal olduğu halda, Amsterdam isə 165 kanal var.

800-600-kanal

 

Qırmızı işıq səmti (Red Light District) – Amsterdamın məhşur qırmızı işıq səmti, Red Light District adlanır. Bura turistlərin ən çox gəzdiyi əyləncə mərkəzidir. Orada şəkil çəkməyə icazə yoxdur, əks halda fotoapparatınız əlinizdən alına bilər. İnsanlarla dolu, qaranlıq küçələr polis nəzarəti altında olsa da, diqqətli olmaq lazımdır. Red Light District kafe, bar, restoran, gecə kulubu ilə zəngindir.

 

V C RedLightDistrict NC

Begijnhof – Köhnə evlərlə əhatələnmiş bu yerdə orta əsrlərdən qalma bir kilsə və qədimi evlər var. Dam meydanına yaxın olan ərazidə çox qədimdə rahibələr yaşayarmış. Lakin bu gün burada subay qadınlar məskunlaşıb.

begijnhof-diksmuiden2

 

Van Qoq Muzeyi (Van Gogh Museum) –  Dünyanın ən zəngin Vincent Van Qoq kolleksiyasında  XIX  əsrdə yaşayıb yaradan sənətçilərin də əsərləri sərgilənir. Böyüklər üçün giriş bileti 15 avrodur. 18 yaşa qədər və “İ Amsterdam” kart sahiblərinə isə pulsuzdur.  Saat  09:00 ilə 17:00 radələrində açıq olan Van Gogh Müzeyi, cümə günləri  22:00-da bağlanır.

Van_Gogh_Museum_Exhibition_Wing_2

WLANL_-_Techdiva_1.0_-_Inside_the_Van_Gogh_Museum_(1)

 

Rembrandt ev muzeyi (Rembrandt House Museum) – Dahi holland rəssam Rembrandt van Rijnin 1639-1660 cı illərdə yaşadığı evidir. Məhşur rəssamın evinin otaqlarında və atelyesində tabloları, şəkilləriheykəllərindən ibarət 250 əsər sərgilənir. Köhnə  Amsterdamın mərkəzində olan Rembrandt Ev Muzeyi, Dam Meydanından 15 dəqiqəlik  məsafədə uzaqlıqdadır. Metroyla getmək üçün  9 və ya 14 nömrəyə minib, Waterlooplein dayanacağında düşmək lazımdır. Muzey həftənin hər günü saat 10.00 – 17.00 saatları arasında, Cümə günləri isə saat 21.00-a qədər açıqdır. Muzeyə məxsus əsas özəlliklərdən biri odur ki, Rembrandtın əsərlərindən birini çəkib, xatirə qalsın deyə divardan asa bilərsiniz.

p1080114

paint-ingredients1

screen-shot-2014-09-08-at-9-08-29-pm

 

Yel dəyirmanları (Windmills) –  Amsterdamın mərkəzində yerləşən səkkiz yel dəyirmanı da tursitlərin ziyarət etdiyi məkanlar sırasında öndədir. Sayları çox olsa sadəcə ikisini  ziyarət etmək olar. Bunlardan biri  Akersluis küçəsindəki  Molen van Stolen adlı məhşur və turistik yel dəyirmanıdır. Ancaq biz sizə daha az tanınan De Otter yel dəyirmanının tövsiyyə edirik. Həmən məkan Dam meydanından sadəcə 15 dəqiqəlik yoldur.

60812668

 

Turistlər yeni ili də Amsterdamda qeyd etməyə üstünlük verir. Burada yeni il ərəfəsində möhtəşəm işıq effektləri altında Light Festival keçirilir.

alf1

 

Əgər antik əşyaları və ikinci əl kitabları sevirsinizsə, köhnə bazar adlandırdıqları əraziyə mütləq baş çəkin. Bir-birindən fərqli və sərfəli qiymətə olan antik zinyət və məişət əşyaları, maraqlı kitablar küçələrdə nümayiş etdirilir. Diqqət çəkən əsas muzeylərdən biri də “Tassenmuseum Hendrikje” adlı çanta muzeyi oldu.

dia.002_5(1)

27-4

tassen

 

Və son olaraq…Amsterdama gedər getməz “İ Amsterdam” kartı əldə etsəniz tövsiyyə olunur. Günü 42 avrodan başlayan kart ilə gedəcəyiniz muzeylər və digər görməli yerlər daha sərfəli qiymətə başa gələcək. Həmçinin kart sahiblərinə iki günlük transportdan istifadə də pulsuzdur.

I-Amsterdam-Card

 

Hazırladı: Məqsumə Süleymanlı

Şərhlər

Menyu