TREND | Martın seçməsi | Trençkot

d
Artıq yazın gəlişilə Bakıda da digər şəhərlərdə olduğu kimi xanımların qış paltolarını daha yüngül üst geyimlərlə əvəz etməsi hiss olunur. Buna görə də redaksiyamızın fikrincə Mart ayının seçməsi məhz trençkotdur.

Trençkot– qadın qarderobunun payız- yaz aylarında ən vazkeçilməz əşyalarından biri. Öz universalığı ilə seçilən bu geyim əşyası həm klassik ətəklərlə, həm də günlük şalvarlarla ahəngdir.

Bu ilin yaz trençkotları ənənəvi bej klassikasıyla yanaşı, həm də rəngarəngliyi ilə seçilir. Bu il onlar əsasən uzun ətəklə üstünlük təşkil edərək jins, denim parçalardan tikilmiş formalarda aktual olacaq.

Onu da qeyd edək ki, artıq bir klassika sayılan iki qat yaxalıqlı (double- breasted) Burberry trençkotlar bu ildə aktuallığını itirməyəcəklər. Müxtəlif kəsimlərdə, rənglərdə və parçalarda olan trençlər bu yaz da dəb sevərlərin zövqünü oxşayacaq.

Hazırladı: Aynur Əlibəyova

0

1

3

5

7

e

9

10

11

12

14

18

19

21

23

24

26

27
a
b

28
c

30

31

35

36

38

39

40

41

42

43

45

Şərhlər

Menyu