Eksklüziv: Yıldırım Mayrukun “Zuleykha” üçün müsahibəsi

DSC_2603
 
“Zuleykha” jurnalı oxucularına Türkiyənin əfsanəvi modelyeri, dəb aləmində öz sözünü demiş, ərsəyə gətirdiyi gəlinliklərlə dünyada məşhurlaşan Yıldırım Mayrukun ekslüziv müsahibəsini təqdim edir.

Məşhur modelyerin kolleksiyaları London, Əbu-Dabi, Təl – Əvivdə nümayiş olunub. Kolleksiya həmçinin Mart ayının 15- də Bakıda keçirilən “Baku Fashion Night 2015 “ moda gecəsində çərçivəsində modelyerin yaradıcılığının 50-ci illiyinə həsr olunaraq nümayiş olundu.

 

– Yıldırım bəy, ilk olaraq Bakı haqqında təəsüratınızı öyrənmək istərdik ?

– Bakı çox gözəl şəhərdi. Qardaş ölkədəyəm, özümü yad hiss etmirəm. Hər kəs çox qonaqpərvər, istiqanlıdır. Ümumiyyətlə mən hər zaman Azərbaycana xoş, gülərüz insanların ölkəsi deyirəm.
 
cover3
 
– Bu günlərdə keçirilən moda gecələrində bizim yerli dizaynerlarin əl işlərini gördünüz. Hansı modelyerlərin işləri diqqətinizi çəkdi?

– Təqdim olunan kolleksiyalarda bəyəndiyim geyimlər oldu. Mənim atelyemin tələbəsi olan “La couture” brendinin dizayneri Xavər Məmmədova da məni öz işləri ilə sevindirdi. Fikrimcə gələcəyi olan dizaynerdi. Gülnarə Xəlilovanı da qeyd etmək istərdim. Möhtəşəm bir kolleksiya təqdim etdi. Çox zəhmət tələb edən, keyfiyyətli əl işlərinin şahidi oldum.

– Sizcə Azərbaycan və Türk xanımlarının geyimində fərq böyükdü?

– Azərbaycana bu dəfə ki, səfərimdə yalnız bir dəfə şəhərə çıxa bildim. Xanımlarınız çox gözəl və zərifdilər. Dəfilə günlərində qonağımız olan qadınlar çox zövqlü geyinmişdi. Türk xanımları da Azərbaycan qadınları kimi kübarlığı və zərafəti sevirlər. Düşünmürəm ki, xanımlarımızın geyimləri arasında fərq böyük deyil. Biz axı bir millətin övladlarıyıq. (red. gülür)
 
DSC_2591
 
– Bizə təqdim etdiyiniz kolleksiyadan bəhs etmək istərdim. Kolleksiyada ən çox sevdiyiniz parça hansıdır?

– Bu kolleksiya yaradıcılığımın 50-ci illiyinə həsr olunub və 150 nəfərlik qrupla ərsəyə gəlib. Kolleksiyada 65dən çox əşya var. İpək parçalarla, tüllərlə güpürlərlə, şlyapalar, saç aksesuarları və əl işlərinin çoxluq təşkil etdiyi bir kolleksiyadır. Nümayiş zamanı gördüyünüz bütün geyimləri sevərək hazırlamışıq. Hamısı mənə doğmadır.

– Son olaraq oxuculara nə demək istərdiniz?

– Burda olmağıma görə, çox sevinirəm. Ümid edirəm bu son səfərim deyil. Bu kimi gözəl tədbirlərdə gələcəkdə də iştirak etmək fikrim var. Azərbaycanlıları çox sevdim. İstərdim ki, Azərbaycanlılar heç vaxt onlara məxsus qonaqpərvərliyi, istiqanlığı itirməsinlər.
 
 
Hazırladı: Aynur Əlibəyova
Foto: Muhammad Ağa
 
 

DSC_2604

DSC_2615

DSC_2629

DSC_2630

DSC_2619

DSC_2635

Şərhlər

Menyu