Kreativ xonça dizayneri Türkan Nəcəfova

DSC_0112h

Rubrikanın bu dəfəki siması xonça dizayneri Türkan Nəcəfovadır. Dizaynerliyə olan  sevgisi uşaq yaşlarından yaranıb. Onun işinə olan böyük həvəsi insanların özəl günlərinə xüsusi rəng qatacaq xonçaları daha da kreativ hazırlamasına səbəb olub. Peşəkar fəaliyyətə isə o, yaxınlarının motivasiyası ilə 27 yaşında başladı. O ilk əl işlərini həvəskar kimi qohumları və yaxınları üçün bağlama və xonçalar düzəldərək başlamışdır. Daha sonralar isə o, alınan nəticələrdən və sifarişlərin sayından həvəslənərək işinə daha ciddi yanaşmağı qərara aldı. Cəsarətlənərək sosial medianın ən məşhur şəbəkəsi, “İnstagram”-da açdığı səhifəsi vasitəsilə ilk sifarişlərini alan Türkan hazırda kreativ ideyalarını həyata keçirməyə davam edir.

DSC_0232h

Türkan Nəcəfova öz uğur hekayəsini oxucularımızla belə bölüşdü:

“İnsanların ən xoşbəxt anına xoşbəxtlik qatmaq, üzündəki təbəssümə şərik olmaq… Mənim ən böyük hədəfim budur. Bunu gerçəkləşdirmək üçün isə mənə illərdir daxilimdə gizli qalan bir qabiliyyət kömək etdi. O qabiliyyətimi üzə çıxardığım andan kreativ və fərqli kompazisiyalar yaradaraq hədəfimə nail oluram.

İlk hədiyyəmi mənim üçün doğma olan insana hazırladım. Bu qabiliyyət mənə ondan keçib. Onun da çox gözəl əl işləri var. Bu anam idi. Ona hazırladığım hədiyyə ürəklərlə bəzədilmiş açıqca oldu. Anamın bu açıqcaya olan təəccüb və sevinci  mənim işə başlamağıma stimul oldu. Çox sevindirici haldır ki, həyatımı dəyişdirən hədiyyəmi anam hələ də saxlayır.

Əl işlərim əvvəlcə dost, tanış və qohumlar tərəfindən bəyənilirdi. Düşündüm ki, niyə onların üzündə yaranan  xoşbəxtlik və təbəssüm başqalarında olmasın. Əl işlərimi görən insanlar qısa zamanda özəl günləri üçün sifarişlər verməyə başladı. Bununla da fəaliyyətimə başladım. Bu iş məni rahatlaşdırır və özümə inam yaradır. Hədəfim yaratdığım brendi böyük bir ailə biznesinə çevirmək, işimi daha da təkmilləşdirmək. Bəzən elə anlar olur ki, ailə və körpələrlə sevdiyin işi bir arada aparmağa çətinlik çəkirsən, amma inanıram ki, mən bunu bacaracağam. Çünki insanda cəsarət, əzm və həvəs varsa,  o, çox işin öhdəsindən gələ bilər. ”

Türkanın ən son əl işləri onun İnstagram səhifəsində yenilənir. Buna görə ən son yeniliklərlə tanış olmaq və ətraflı məlumat əldə etmək üçün onun “ nt_handmade_surprise “  İnstagram səhifəsini izləyə bilərsiniz.

 

 

Hazırladı: Məqsumə Süleymanlı

 

DSC_0113hDSC_0219hDSC_0129hDSC_0239hDSC_0200hDSC_0224hDSC_0118h

 

 

Şərhlər

Menyu