Hökümə Hacıyeva: “Hər kəs zövqlü olmaq məcburiyyətində deyil.”

Hokuma


“Çanta”
rubrikasının ilk qonağı “Hokuma” brendinin yaradıcı dizayneri Hökümə Hacıyevadır. Yeni yaranan brend artıq özünə məxsus geyimləri ilə Azərbaycanda yetərincə tanınır. Xoş ünsiyyətli və kreativ düşüncəli Hökumə xanım bizə ən sevdiyi çantalarını nümayiş etdirdi. Dəb haqqında dəyərli fikirlərini bölüşən istedadlı xanım yeni kolleksiyasından da bəhs etməyi unutmadı.

– Hökumə xanım, çanta seçərkən əsas nələrə diqqət edirsiniz, ümumiyyətlə sizin üçün çanta nə ifadə edir?

– Çanta hər bir qadının ümumi görünüşünün vazkeçilməz elementidir. Mənim həyatımda çanta həm gün ərzində bütün vacib əşyaları yanımda daşımaq vasitəsi, həm də bəhs etdiyim ümumi görünüşü tamamlıyan vacib aksesuardır. Çanta həm stilimə uyğun olmalı həm də funksionallığı ilə seçilməlidir. Gündəlik həyatımda əsasən kürəyimdə daşıdığım kiçik yük çantasından istifadə edirəm. Aktiv həyat tərzi yaşadığım üçün gün ərzində mənə vacib lazım olan əşyaların yanımda olmalıdır. Bu mənə rahatlıq hissi verir. Amma axşam saatları bir yerə çıxarkən kiçik çantalara üstünlük verirəm. Çox vaxt geyimi ona uyğun aksesuarları və çantanı iç dünyama görə, əhvalıma görə seçirəm. Əgər bu gün klassik formada çanta götürmüşəmsə sabah tam əksi idman üslubunda çantadan istifadə edə bilərəm.

WIN_3103
– Hökumə Hacıyevanı əsasən hansı tərzdə görmək olar?

– Tərzləri qarışdırmağı sevirəm, amma ayaqqabı olaraq seçimim daha çox idman üslubunda olan ayaqqabılardır. Demək olar ki, hər geyimimə, görünüşümə uyğunlaşdırıram. Təbii ki, iş həyatımda və axşam ziyafətlərində dik daban ayaqqabılar geyinmək məcburiyyətində oluram, amma gündəlik həyatımda məni əsasən rahat qeyim və ayaqqabıda görə bilərsiz.

– Gündəlik geyimlərinizi seçərkən öz geyim kolleksiyanızdan istifadə edirsiniz?

– Deməzdim ki, sırf öz yaratdığım geyimlərdə oluram. Çox vaxt xarici brendlərlə öz yaratdıqlarımı qarışdırıram. Ümumilikdə qarderobumda yerli dizaynerlərin də əl işləri yer alır. Nika Danilov, Nadia Tağıyeva, De Camie – nin geyimləri zövqümü oxşayır.

– Bəzi xanımlarımızı kişi geyimləri cəlb edir və onlar çox vaxt həmin geyimlərdən istifadə edirlər. Bəs sizin qarderobda kişi geyimləri yer alır?

– Mən özüm şəxsən həyat yoldaşımın sviterlərini, köynəklərini götürüb öz qarderobumdan olan əşyalarla qarışdırmağı sevirəm. Axırıncı dəfə bu günlərdə kəpənək qalstukunu oğurlamışdım. (gülür) Elə mənim kapsul kolleksiyamda (Capsule Collection) da görə bilərsiniz ki, kişilərin qarderobuna məxsus smokinqdən ilham alıb ziyafət geyimləri yaratmışam. Ümumiyyətlə düşünürəm ki, əks cinsin qarderobundan indiki dövrdə biz xanımlar olduqca rahat istifadə edə bilərik.

 Son zamanlar belə fikir səslənir ki, müstəqil olmaq, həyat tərzinə görə geyim seçmək lazımdır. Geri qalan detallar ümumi görünüşünüzdə bunu biruzə verməlidir. Bu fikirlə nə qədər razısınız?

– Mənə elə gəlir ki, bu çox individualdı və hər kəsin ruh halına, iç dünyasına görə dəyişə bilər. Ümumiyyətlə, hansısa qaydalara görə, geyim tərzimi müəyyən edən insan deyiləm. Bəli, elə günlər olur ki, mən çantanı önə çıxartmaq üçün geyimimi rəng olaraq az fikir cəlb etməsinə çalışıram. Amma olub ki, bir neçə xüsusi vurğulanan vasitələrdən istifadə eləyib çox maraqlı və rəngərəng nəticə əldə etmişəm.

WIN_3106

– Azərbaycan xanımlarının tərzini bəyənirsiniz?

– Son zamanlar bizim xanımlar olduqca dəbli və maraqlı geyinirlər. Hətta gəzinti zamanı belə mənim diqqətimi cəlb edənlər olur. Fikir verirəm ki, bir çox qızlarımız dəblə yaxından maraqlanmağa başlayıblar. Öz iç dünyalarını ümumi görünüşlərində biruzə verməyə və seçilməyə çalışılar. Bu sevindirici haldır. Hər insan zövqlü olmaq məcburiyyətində deyil. Hər birimiz hansısa sahədə daha üstünük. Şərt deyil ki, bu zövqlə geyinmək olsun. Amma hər kəs, xüsusi ilə də xanımlar tərzlərinə fikir verib, öyrənməyə çalışmalıdılar. Təbii ki, hər birimizin başına gəlib. Son anda səhv çanta götürmüşük və yaxud aksesuar seçimində yalnışlığa yol vermişik. Məncə bunlardan kompleksə düşməyə dəyməz. Sadəcə bir az vaxtınızı sərf edib dəblə maraqlansanız tez zamanda müsbət nəticə əldə edəcəksiniz.

 

– Çanta seçimində xanım oxucularımıza nə məsləhət vermək istərdiniz?

– Çanta seçərkən onun qarderobunuza uyğun olmağına diqqət verin. Çalışın ki, çanta həm funksionalığına görə rahat olsun, həm də gözəlliyi ilə seçilib görünüşünüzü tamamlasın. Dəblə daha çox maraqlanıb, tərziniz üzərində çalışın. Hansısa məşhur xanımın və yaxud zövqünü bəyəndiyiniz inasanın görünüşünü təkrarlamış olsanız da, öz zövqünüzə aid bir element qatıb o görünüşü özəlləşdirə bilərsiniz. Yəni demək istəyirəm ki, iç dünyanızdan istifadə etməklə çərçivə və stereotiplərdən uzaq olub geyimlərinizi rəngləndirməyə çalışın.

– “Hokuma” brendinin əsas özəliyi nədədir? Onu yaradarkən hansı prinsipləri nəzərə alırsınız?

– Geyimin funskional olmasınakeyfiyyətə. Çalışıram ki, insanlar mənim ərsəyə gətirdiyim geyimi görərkən tərzimi tanısınlar. Düşünürəm bu günə qədər yaratdığım kolleksiyalarla seçilmişəm. Mənim yaratdığım geyim əsasən minimalizm stilindədi, rahatlığı və universallığı ilə seçilir. Əksəriyyətini günün istənilən saatında istifadə etmək olar. Və ya gündəlik istifadə edib, sadəcə ayaqqabını və aksesuarları dəyişərək axşam ziyafətinə də qatıla bilərsiniz. Bədən quruluşundan aslı olmayaraq hər bir qadının mənim yaratdığım geyimdə özünü rahat və gözəl hiss eləməsi üçün çalışıram.

WIN_3087

-Yeni kolleksiya gözlənilirmi?

– Bəli, mart ayında yeni kolleksiyanı təqdim etməyə hazırlaşıram. Elə əynimdə gördükləriniz də yeni kolleksiyama aiddir. ilk olaraq “Zuleykha” oxucuları görmüş oldu. Yeni kolleksiyamda əsasən milli elementlərimizdən istifadə etmişəm. Çantalar da bu kolleksiyada yer alacaq. Onlar da milli motivlərlə, həndəsi fiqurlarla zəngin olacaq.

-Hökümə Hacıyevanın gələcək planları ?

– Bütün bunlar hələ yaradıcılığımın başlanğıcıdır. Əsas uğur nailiyyətlərim irəlidədir. Әn böyük arzum Azərbaycanın adını layiqincə dünyada tanıtmaqdır. İnanıram ki, yaxın zamanlarda bizim dizaynerlər də dünyada müvəffəqiyyət qazanmağa başlayacaqlar. Azərbaycan da moda aləmində sözünü demiş ölkələrə qatılacaq.

– Və sonda, Hökümənin 3 qızıl qaydası hansılardır?

– 1) Әn gözəl və bahalı libas qeyinsəniz belə qülümsəməyi unutmayın. Yalnız sizin gözəl gülüşünüz sizi yaddaqalan və əsrarənqiz edə bilər. 2) Dəb deyil, stil axtarışında olun. Görünüşünüz üzərində işləyərkən və stilinizi rəngarəng edərkən həmişə özünüz qalmağa çalışın. 3) Qarderobunuzu lazımsız əşyalarla doldurmayın. Maksimum 10 əşya üzərindən baza yaradın və onları rəngli və seçilən aksesuarlarla tamamlamağa çalışın.

Sonda isə Hökümə “Zuleykha” oxucuları üçün özünün ən çox sevdib gəzdirdiyi çantalarını paylaşdı. Bununla belə o şəxsi qarderobunda öz brendi Hokuma-ya aid geyimlərdən ibarət kollajlar da yaratdı. Qeyd etdiyi kimi, Hökümə bu dəstləri kollajda yaratdığı tərzdə də geyinməyi sevir.


Hazırladı: Aynur Əlibəyova
Foto: Muhammad Ağa

WIN_3163WIN_3133

WIN_3141WIN_3152WIN_3149WIN_3120WIN_3126WIN_3095WIN_3102WIN_3101WIN_3112WIN_3174

Şərhlər

Menyu