Sobada göyərti ruleti

_H1A1477 (1)

Yaz ayları – göyərtinin bol olduğu mövsümdə “Göyərti ruleti” qəlyanaltı üçün ən yaxşı seçimdir. Müxtəlif göyərtilər ilə hazırlanan bu qəlyanaltı həm isti, həm də soyuq yeyilə bilər. Yüngül və həm də çox ləzzətli olan göyərti ruletini aşağıdakı qaydada hazırlaya bilərsiniz.

Xəmir üçün lazım olan ərzaqlar:

-3 st. un
-1 ç.q. duz
-0.5  ç.q maya
-2 x.q mayonez
-1 yumurta
-təxminən 1 st. suİçi üçün: 
-2 dəstə keşniş
-2 dəstə şüyüd
-2 dəstə ispanaq
-1 dəstə göy soğan
-1 dəstə turşəng (əvəzinə 2 x.q. zirinc olar)
-80 qr kərə yağı (ərinmiş)

Hazırlanması:

Əvvəlcə içliyi hazırlayın. Göyərtilər təmiz yuyulub quruduqdan sonra xırda doğrayın. Az yağda bir az qızardıb duz, istiot və zirinci əlavə edib qarışdırın. Xəmir üçün bir qabda un, yumurta, mayonez , duz və mayanı (əgər quru mayadırsa, bir az ilıq suda açın) qarışdırın, ilıq suyu az-az xəmirə əlavə edərək yoğurun.

Xəmirin mayalanmağını gözləmədən 3 kündəyə bölün. Hər kündəni nazik yayın. Yaydığınız xəmirin üzərinə fırça ilə ərinmiş kərə yağı çəkin və içlikdən bir qat hər tərəfinə yayın. 3 qatı üst-üstə eyni qayda ilə edib, sonda rulet kimi bükün və kənarlarını bağlayın.

Listi yağlayıb ruleti qoyun, üzərinə yumurta çəkib küncüt səpin və ruleti bir neçə yerdən çəngəl ilə deşin.

Sobada 180 dərəcədə 30-40 dəqiqə üzəri qızarana qədər bişdikdən sonra ruletiniz hazırdır.

Nuş olsun!

Hazırladı/Foto: Müjgan Həsənli
Mənbə: www.lovely-culinary.com

goyerti1 copy
goyerti3 copy
goyerti4 copygoyerti5 copygoyerti6 copygoyerti9 copygoyerti10 copygoyerti11 copygoyerti12 copygoyerti13 copy
_H1A1445 copy

Şərhlər

Menyu