Şərq-Qərb sintezi: Moda bloqeri Ruba Zai

 
R2
 
 
“Hijab Hills”–  Hollandiyada yaşayan və əslən əfqan olan hicab bloqeri Ruba Zai tərəfindən 2013 – cü ildə  əsası qoyulmuş Youtube kanalının adıdır. Hicab bağlama üsulları, geyim tərzləri və makiyaj haqqında videolar paylaşan bu xanımın Youtube-da 150 minə yaxın izləyicisi vardır.

İzləyicilərinin çoxluğu və onun tərzinə olan maraq Rubanı məşhurlaşdırmış və öz sözləri ilə desək, hobbi kimi başlayan bloqerlik məşğuliyyəti onun gündəlik işinə çevrilmişdir. Bununla da, o, öz fəaliyyətini www.hijab-hills.com veb səhifəsində davam etdirmək qərarına gəlmişdir.

Video paylaşmaqdan əlavə Ruba öz izləyiciləri üçün müxtəlif tədbirlər təşkil edir, fərqli hicab brendləri üçün modellik edir və belə tədbirlərdə hicab və geyim haqqında öz tərzini nümayiş etdirirdi.

Ruba öz bloqunda bildirir ki, özüylə fərqli mədəniyyəti Qərb ölkəsinə gətirərək yaşamaq və eyni zamanda, həmən mədəniyyət ilə yerli moda və cəmiyyət arasında mükəmməl balansı tapmaq asan deyil. Buna görə də, o özü kimi başqa xanımlara da geyim üslubunda öz individuallıqlarını tapmağa ruhlandırır.
 
 

Hazırladı: Gülsüm Həsənova

 

R

1413670661712

ruba-zai-683x1024

16200_638996906209290_7801326567486652567_n
R3

170449_4 (1)

IMG_5971

IMG_7015

burj-5

ruba-zai-1-biutifa_com_

ruba-zai-4-biutifa_com_

beach1-7

Şərhlər

Menyu