Dilarə Baxşıyevanın naxışlı uğur hekayəsi

dil

“Simalar” rubrikasının növbəti qonağı istedadlı azərbaycanlı vitraj ustası  Dilarə Baxşıyevadır.

Deyirlər su daşı da yarıb keçər. Dilarəni məhz bu cümlə ilə xarakterizə etmək olar. Tükənməz səbri, çalışqanlılığı  və möhkəm iradəsi sayəsində Dilara sevdiyi iş – dizaynla məşğul olur. O, işlərində çeşitli dekorativ bəzəklərə üstünlük verərək  uğur qazanır.

Dilarə bu uğurunun sirrini “Zuleykha” oxuyucuları ilə belə bölüşdü:


“Bu işə olan marağım  “Özün düzəlt”  jurnalını oxumağımla başladı. İlk hazırladığım bilərziyin “mükəmməldən” uzaq olmasına baxmayaraq,  anamın  davamlı dəstəyi və motivasiyası sayəsində  ruhdan düşməyərək yaradıcı cəhdlərimə davam etdim.  Bir müddət sonra, hazırladığım kolye, çanta, suvenir kimi daha mürəkkəb  və  zövqlü  məhsullar,  nəinki  tanışlar arasında, həm də mağazalarda belə məhşurlaşdı, hətta əl işlərim Hollandiya və Fransa kimi xarici ölkələrdə  böyük maraq dairəsinə çevrildi. Əlbəttə ki, bu hadisələr  məni daha da ruhlandıraraq dizayner kimi formalaşmama yardımcı oldu.

“Sonralar isə  yaradıcılığıma ” Mari Art – True Pleasure ” şüarı altında davam etdim.  Mari Art mənim sevdiyim və oxuyaraq  ilhamlandığım alman yazıçısı E. M. Remarkın adı ilə bağlıdır, “True Pleasure” isə onun özünə aiddir. Düşünürəm ki, insan gərək sevdiyi işdən zövq alsın və nəticəyə baxıb həmişə sevinsin. Bunun üçün də “True pleasure” yaradıcılığımın əsas devizinə çevrilib.

Hal-hazırda mən təkcə öz sənətimin ustası yox, həm də  vitraj ustası kimi də (şüşələrdə əl işləri) fəaliyyət göstərirəm. Ənənəvi armudu stəkanları və digər məhsulları vitraj boyaları ilə məharətlə və zövqlə bəzəyərək boyayıram.

Vaxtikən incəsənət bölməsini seçmədiyimə görə heyfslənsəm də, həkimlik sənətimi atıb dizaynerliklə məşğul olduğuma görə peşman deyiləm. Heç vaxt heç nə üçün gec olmadığını düşünürəm. Həmişə arzularımın arxasınca gedir və onları həyata keçirməyə çalışıram.” 

Hazırladı: Məqsumə Süleymanlı

510116
8
932

 

Şərhlər

Menyu