8 Mart.. 8 Obraz.. 8 Gəlinlik..

8 mart gəlinlikSON

Xislətində zəriflik, təravət, sevgi olan bir qadındır, bir də bahar fəsli. Hər ikisi rəngarəngliyi ilə göz oxşayar, insanın qəlbində yaşamaq eşqini artırar, sevmək hissini yaradar. Qadın ən gözəl sözləri özündə cəmləyən varlıqdır. Bir nazlı baxışı ilə insana qışın ortasında baharı yaşadar, gülümsəməsi ilə yaz gəlmədən ürəkdə çiçəklər açdırar, saflığı ilə bəyaz rəngi qısqandırar. Deyirlər qadınların ruhu daima yaz fəslini yaşadığı üçün onlar hər mövsümdə gözəldir. Əbəs yerə yazın başlanğıcı olan mart ayında qadınlar üçün məxsusi gün seçilməyib. Bahar onların ruhunu tamamlayan fəsildir. Odur ki, xanımlar da bütün arzularını bu mövsümdə gerçəkləşdirmək istəyər.

365 günlük təqvimdə 8 Mart qadınlar üçün baharın, yazın başlandığı gündür. Havadakı sərinlik, qışdan qalan soyuqluq belə onların qəlbində bu gündə yaranan istiliyi soyutmaz. Bu tarixdə qeyd olunan bayram əslində bəhanədir. Qadınlar hər zaman diqqətdə olmağı, sevib-sevilmək istəyər.

Nata son

Rəngarəng, tazə fəsil abu – havası hər şeyə yenidən başlamaq, yeni dünyaya, yeni həyata qədəm qoymaq üçün ən münasib zamandır. Xanımlar da ilin bu fəslinə gözəllik verən bayram da daxil olmaqla, bütün günlərini ömrü boyu arzuladığı özəl günün şahzadəsi olmaq, bütün heyranedici baxışların mərkəzində dayanmaq istəyər.

Əbəs yerə deyil ki, “Zuleykha” baharı bəyaz zərifliklə- gəlinlik obrazı ilə əlaqələndirir. Buna görə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş 8 gəlinlik obrazını sizlərə təqdim edir.

gul logo2

Əslində hər xanım nə istədiyini bilir, sadəcə o istədikləri arasında seçimdə çətinlik çəkir. Gün sizin gününüzdürsə, saç düzümündən tutmuş, makyaj, libas, gül seçimi və digər detallar mükəmməl olmalıdır. Əsas da, tərzə uyğun və ruhu tamamlamalıdır. “Purple Wedding & Art” butikinin 2015 yaz kolleksiyasının gəlinlikləri sizə bahar fəslinin təravətini bəxş edəcək. Hər modeli ilə göz oxşayan gəlinliklər fərqliliyi ilə sizin ruhunuzu tamamlayacaq.

Yaz necə ki, fəsillər içində ən gözəli, ən təravətlisidir, xanımlar üçün də ümumi görünüşü tamamlayacaq makyaj bahar təravətini əks etdirməlidir. Bunu isə sizə “Ambassade de la Beauté” salonu bəxş edəcək.

Həmin günün həyəcanını ürəyinizdə, görüntüsünü əyninizdə, üzünüzdə və əlinizdə daşıyacaqsınız. Yəni görünüşü tamamlayacaq ən son və ən vacib detal, sizin bütün gözəlliyinizi əks etdirəcək, məxsusi seçilmiş gül buketidir. “Merci Baku Flowers” bu seçimi rahat gerçəkləşdirməyiniz və həmin gün həm fəslin bahar mövsümünü, həm də qəlbinizdəki baharı əks etdirmək üçün yardım edəcək.

Beləliklə, Hilton otelində apardığımız çəkilişdə gəlinlərimizin zövqünü oxşayan bu detalları əks etdirməyə çalışdıq.

Bahar mövsümünüz mübarək!
Hər gününüz bəyazlıq, aydınlıq içində olsun!

Hazırladı: Şəbnəm Hümbətova
Foto: Muhammad Ağa
Məkan: Hilton
Gəlinlik: Purple Wedding & Art
Saç: Ambassade de la Beauté (Rena Qaibova, Ellada Mirzəyeva)
Makyaj: Elayla Beauty Studio (Pərvanə Məmmədova)
Çiçəklər: Merci Baku Flowers

WIN_5525

WIN_5526

WIN_5529

WIN_5528

WIN_5527

WIN_5530

WIN_5531

WIN_5532

Şərhlər

Menyu