Rauf: “Yeməyin dadının damaqda qalmasını istəyirsənsə ona ürəyini qat.”

Rauf poster2

Dadlı yeməyi hamı sevir. Lakin yeməkdə xüsusi təamı seçməyi bacaran insanlar – qurmanlar var. Onlar hamısı müxtəlif peşənin sahibləri olanlardır. “Zuleykha” daha yeni bir rubrika ilə qarşınızdadır. Bu dəfə oxucularımıza Veronikanın təqdimatında “Qurmanların yarışı” layihəsini təqdim edirik. Bu rubrikada siz həm bir- birindən dadlı reseptlər öyrənə, həm də maraqlı qonaqlarımızın bizim qurman Veronika ilə söhbətinə qonaq olacaqsınız. Fərqli qonaqlarla birgə yarışaraq ən dadlı yeməkləri seçəcəyik.

İlk qonağımız Azərbaycan səhnəsində özunəməxsus imici ilə fərqlənən ifaçı Raufdur. O, “8 Mart Beynəlxalq Qadınlar Günü” bayramı münasibəti ilə “Zuleykha” jurnalının xanım oxucuları üçün yarışa razılıq verdi. Rauf JW Marriott otelinin  “Zest lifestyle” kafesi aşbazı Amit Taneja ilə Zest sayağı toyuq salatını hazırlamaq uğrunda yarışa başladı. Məkanı məhz burada seçməyimiz təsadüfü deyildi. Sağlam həyat tərzi və sağlam qida konsepti üzərində qurulan bu kafe Aralıq dənizi reqionu və Cənubi Azərbaycan mətbəxindən ilham alaraq orqanik meyvə, tərəvəz və ədviyyatlardan istifadə edir. Sağlam həyat təzi ilə yanaşı məkanda orijinallığı sevənlər üçün bu kafe idealdır. Dekorda istifadə olunan sarı və açıq yaşıl məkana istilik qatır. Hovuzda sizi qarşılayan 250 narıncı rezin ördək elə ilk məqamdan əhvalınıza müsbət təsir edəcək.

Salatını hazırladığı müddətdə o, bizim suallarımızı da cavabsız qoymadı. Onunla maraqlı söhbətimizi sizə də təqdim edirik.

13

– Rauf, yeməklə aranız necədir? Sevimli yeməyiniz varmı?

– Mən qurmanam. Hər bir dadlı yeməyi çox sevirəm. Yəni yeməklə aram çox yaxşıdır, amma ən sevimli yeməyim yoxdur.


-Yeməyi sevirsiniz, bəs onu hazırlamağı necə?

– Bəli, tez-tez olur. Bu vərdiş hələ əsgərlik illərimdən qalır. O vaxtlar özümü özümüzə bir şeylər bişirib yeməliydik. Bundan əlavə elə atam da uşaqlıqdan mənə “ Bunu da öyrən, kişi hər şey bacarmalıdır” deyirdi. İndi də bəzən dostlarımla yığışıram və böyük məmnuniyyətlə onlara yemək hazırlayıram. Bir şeyi də etiraf edim. Bəlkə də siz də baxmısınız. “Ratatouille” adlı bir cizgi filmi var. Mən onu izlədikdən sonra həmişə xörək bişirmək istəmişəm. O filmdən ilham alıram. (gülür)

– Ən son nə bişirmisiniz?

– “Raufsayağı” mərci şorbası. Amma hamının bildiyi standart reseptə uyğun şorba deyildi. Əlavə olaraq ət və bəzi ədviyyatlar da qatmışdım.

14
2
6

– Bir yeməyi hazırlayarkən dadlı alınması üçün ona nə qatılmalıdır?

– Ürək… Bir yeməyə ürəyini versən dünyanın ən dadlı yeməyini hazırlayacaqsan. Yeməyin dadının damaqda qalmasını istəyirsənsə ona ürəyini qat, zövq alaraq hazırla. Digər vacib nüans. Təmiz mətbəxt. Bu mənim şəxsi fikrimdir ki, bir evdə ən təmiz yer mətbəx olmalıdır.

 

-Bəziləri üçün yemək bir mədəniyyətdir, bəziləri üçün sadəcə doymaq üçün qida, bəziləri üçünsə həyat tərzi. Raufun həyatında yemək hansı yeri tutur?

– Düzdür, insan var yaşamaq üçün qidalanır, insan da var qidalanmaq üçün yaşayır. Bəli mən qurmanam, dadlı yeməkləri çox sevirəm, amma o demək deyil ki qurmanlar yemək üçün yaşayır. Yox.. Mən yaşamaq üçün yeyirəm.

 

-Sizin mahnılarınızdan biri mətbəx mövzumuza da uyğundur. ”Limonlu çay” adlı mahnınızı nəzərdə tuturam. Nəyə görə məhz “Limonlu çay”? Bu çaya olan sevgidən irəli gəlir?

– Yox. Sizə bir sirr də açım. Mən ümumiyyətlə limonlu çay sevmirəm.(gülür) Mahnının sözləri Nicat Məlikova aiddir, oranjimanı isə Fərid İsmayılovundur. Mahnının orijinal sözləri var, “Limonlu çay” adını da məhz Nicat fikirləşib.

 

-Bəs “-40 dərəcə” mahnısı necə? Maraqlı adı var.

Həmin mahnının adı “Bəsdir” idi. Təsadüfən biz evdə olanda, birdən ağlımıza gəldi ki, bəlkə mahnının adını “-40 dərəcə” qoyaq. Qeyri- adi olsun istədik, hətta stereotipləri pozmaq üçün mahnıya “skoç” kimi bəzi əcnəbi sözləri də əlavə etmişik. Çünki musiqi elə bir şeydir ki, bütün dilləri birləşdirir. Bəzən sözlə ifadə edə bilməyəndə onunla ifadə edirik.

– Madəm yaradıcılıqdan bəhs edirik belə bir sual verim, yeni bir tərzdə oxumaq fikrinə necə gəlmisiniz? Tanıyanlar bilir ki, siz fərqli bir janrda oxuyursunuz.

– Bəli, bu yeni Dance-Pop adlı bir janrdır. Təklif dostlardan gəldi, mən də böyük məmnuniyyətlə qəbul etdim. Bizim “Radio dalğa” adlı köhnə musiqi albomumuz var. O albomda lirik mahnılara üstünlük vermişdik. Lakin bu dəfə tam fərqli bir şey yaratmaq istədik və nəticədə yeni bir ritm alındı.

3
1
7

– Ixtisasınız musiqi deyil bildiyimiz qədəri ilə. Mədəniyyət və İncəsənət Universitetinin teatr ve kino aktyoru. İxtisasınızla bağlı filminiz də var. Oxucularımızla paylaşa bilərsiniz?

“Silent Opera” adlı qısa filmim var, bəli. Filmdə maraqlı məqamlar çoxdur. Bir çoxu anlamır. Məqsədi olan bir insanı canlandırmışıq. Və o məqsədinə nail olmaq üçün adam uzun bir yola baş qoyur. Yolda böyük bir qüvvə, sevgi ilə yəni bir qadınla rastlaşır. Və adam məqsədinə çatmaq üçün bu sevgini – qadını öldürür, yoluna davam edir…

– Rauf, sizə “Azərbaycanın İvan Dornu” deyirlər. Bəyənirsiniz bu bənzətməni?

– Heç kimin xətrinə dəymək istəmirəm, amma mənim idolum Dorn-dursa onda mən daha irəliyə gedə bilmərəm. İdiolum var bəli, Maykl Cekson. Bu da həmişə dəyişilməz olaraq qalacaq.

– Salatı bitirirsiniz. Son olaraq soruşum, Rauf dinləyicilərinə yeni nə hazırlayır?

Növbəti fərqli bir mahnı gəlir. Dillər əzbəri olacaq növbəti bir “BUM”. İnanın, çox maraqlı olacaq!

Maraqlı həmsöhbətimiz Raufun və Marriott otelinin aşbazının salatları hazır oldu. Yeməklərin hər ikisindən dadan qurman Veronika aşbazımızın salatını bəyəndi. Onun hazırladığı salat tam reseptə uyğun idi. Bu dəfəki qonağımız olan və özünü qurman adlandıran Raufun hazırladığı salat isə evsayağı idi. Veronikanın qərarına görə isə dostluq qalib gəldi. Təqdim olunan resepti sizinlə də paylaşırıq ki, bayram süfrəniz ləziz təamlarla bəzənsin.

8
16

İçindəkilər:

– 150 qr humus
– 50 qr quinoa
– 80 qr qovrulmuş iri bibər
– 50 qr cəfəri
– 20 qr qırmızı turp
– 20 qr ədviyyat və bitki qarışığı
– 160 qr toyuq filesi
– 1 ədəd tər yaşıl soğan
– 10 qr nar deneleri
– 5 ml zeytun yağı
– laym suyu

Hazırlanması:

1. Humusu (noxud + tahini + sarımsaq + zeytun yağı) qaşıqla boşqabın ortasına yaxılır.
2. Quinoanı qaynar suda 9 dəqiqə qaynadılır. Daha sonra onu agzı bağlı şəkildə kənarda dəm almağa qoyulur.
3. Küb şəklində doğranılmış iri bibərlər, soğan, cəfəri, limon suyu, duz və istiot ilə quinoaya əlavə edilir
4. Toyuğun döş əti sobada bişirilir və 2 dəqiqə dincəlməyə qoyulur.
5. Toyuğun döş əti dilimlərə bölünərək salatın üzərinə əlavə edilir.
6. Dilimlənmiş qırmızı turp, göyərti və nar dənələri ilə qarnir hazırlanır.
7. Üzərinə zeytun yağı və laym suyu əlavə edildikdən sonra isə salat süfrəyə verilə bilər.

Hazırladı: Veronika K.
Foto: Rauf Əsgərov
Məkan: JW Marriott Hotel Absheron Baku

 

 

9111213141517181920212223

Şərhlər

Menyu