Çoxfunksiyalı örpəklər. Gənc brend Nahara.

 

slideshow_2

Hicablı xanımlar geyimləri ilə bərabər baş örtüsü seçimlərini edərkən çox zaman bu tip suallarla qarşılaşırlar: Bugün kvadrat, və ya düzbucaq kəsimli baş örtüyü seçim? Hicabımı çalma üslubunda bağlayım, və ya adət etdiyim klassik üslubda? Aksesuarlardan istifadə edim, və ya sadə bir tərz olsun? 

Hicabımızın stili əhval – ruhiyyəmizdən və gedəcəyimiz yerdən asılıdır. Lakin razılaşmalıyıq ki, əsas diqqəti rəng çalarları, naxış və ən əsası parçaya yetirməliyik.

Məsələn, çox gözə çarpmamaq üçün hədsiz parlaq rənglərdən istifadə etmirsinizsə və eyni zamanda müəyyən qədər yaraşıqlı görünmək üçün tünd rənglərdən uzaq durmanız məsləhət görülür. Əsas məqamlardan biri də baş örtüyünün parça seçimidir. Belə ki, baş örtüyünüzün, hamar və ipək olmasını istədiyiniz təqdirdə onun başınızdan sürüşüb saçınızın görünməməsi üçün seçiminizdə bir qədər ehtiyyatlı olmalısınız.

Artıq İnternet üzərində fərqli onlayn mağazalarda uyğun hicab örtükləri axtarışlarında vaxt itkisinə son deyə bilərsiniz, çünki Nahara hicablı xanımları hər tərəfli düşünərək onların işlərini asanlaşdırdı.

Londonda yaşayan həkim Sonya Əhməd tərəfindən, 2013 – ildə yaradılmış Nahara geyim brendi  İslam mədəniyyətini və Avropa üslubunu özündə cəmləşdirir. Hər bir kolleksiya gözəl və yüksək keyfiyyətli parça seçimi təqdim edir. Beləliklə,  Naharanın hər parçası, sözün əsl mənasında, bir sənət əsəridir. Gen kəsimli şallardan hicab geyinməyi üstünlük verən xanımlar bu örtükləri mütləq şəkildə öz qarderoblarına daxil etmək istəyəcək. Onun çoxfunksiyalı olması geniş kəsiminin sayəsindədir. Naharanı həm çiyinlərinizdəki aksesuar, həm də baş örtüsü kimi müxtəlif üslublu hicab obrazları yarada bilərsiniz.

Qeyd etmək lazımdır ki, parçaların üzərindəki naxışlar Londonlu hüsnxət rəssamı Samir Malik tərəfindən çəkilir.  Rəssam ən ənəvi İslam xəttatlığını müasir dövrün formalarına uyğunlaşdırılmış hərflər yaradaraq öz daxili aləmini ifadə etməyə çalışmışdır. Bu cür gözəl parçalar hər bir xanımın geyiminə fusünkar görünüş bəxş edir.

 

Hazırladı: Fərəh Məmmədli

fff1_326e6caa-f582-4081-bee4-0aabb5a013d3Nahara_2013_136_low_res_copy_c11f8e7e-67e2-4ee3-af99-6e9659c36990Nahara_0205_lr1_large3Nahara_0048_lr1_large

fff1

 

 

 

 

Şərhlər

Menyu