Nigar Rəhimovanın şirin uğur hekayəsi

11014792_10205911973736997_1061179679_n

Nigarın makarona olan ilk sevgisi  Kvebek  şəhərinə kiçik səyahəti zamanı yaranmışdı. Şəhəri kəşf etməyə gedən Nigar səyahətinin son günündə bəlkə də həyatının ən böyük kəşfini etdi. Bu ilk görüşdən məhəbbət idi. Səhər yeməyi üçün kafe axtarışına çıxarkən gəldiyi şirniyyat evində ilk dəfə makaronu dadarkən uşaqlığında dayəsinin hazırladığı badamlı şirniyyatların dadını hiss etdi. O zamanlar badam şirniyyatları çox baha idi və bunun necə hazırlandığını da hər kəs bilmirdi…

“Simalar” rubrikasının ilk xanımı hazırda Kanadanın Toronto şəhərində yaşan həmyerlimiz, özgüvənli xanım və həyatı sevən insan Nigar Rəhimovadır. Nigarın makaronlarını hobbidən kiçik biznesə çevirmək planı onun nüfuzlu şirkətdə çalışdığı dönəmdə baş verdi.  Kvebekdə yediyi makaronların dadı və görünüşü onun ağlından çıxmırdı. Makaron bişirməyi öyrəndikdən sonra o topladığı büdcəsini un və digər məmulatlara investisiya edir və dərhal “Macaroonika” adlı bloqunu açır. Beləcə, Nigarın makaron macərası başlayır. O zamandan bugünə Nigar gündüzlər şirkətdə çalışır, gecələr isə müştərilərinin sevdiyi makaron sifarişlərini hazırlayırdı.

Nigarın makaronlarının sədası böyük şəhərdə elə tez yayılmağa başladı ki, o bu ildən etibarən artıq toy və digər böyük tədbirlər üçün sifarişlər qəbul edir. Ofis həyatını digər məşğuliyyətlər üçün bəhanə gətirən xanımlara təəccüblü görünsə də, Nigar nüfuzlu şirkətlərin birində Satış üzrə mütəxəssis olaraq 50-yə yaxın insana rəhbərlik etməklə yanaşı, toy və nişan kimi böyük tədbirlər üçün makaron sifarişlərinin də öhdəsindən gəlir. Nigarın əl işlərini şahidi olmaq və hazırladığı şirniyyatlar haqda daha ətraflı məlumat üçün onun Instagram səhifəsinə üz tuta bilərsiniz.
nigg

Nigar bu uğurunun sirrini “Zuleykha” oxuyucuları ilə belə bölüşdü:

“Heç bir yaxşı iş asanlıqla başa gəlmir. Mənim də çətinliklərim və uğursuzluqlarım olub. Düzünü desəm, səhv və uğursuz hazırlanmış makaronlarımla bağlı dəhşətli hekayələrim haqda danışmaqla sizi yormaq istəməzdim, lakin təcrübəmdə həqiqətən uğurlu adlandırdığım bir hadisə var ki, onu sizlərlə bölüşmək istərdim.

Uğursuz cəhdlərimin nəticəsini hər dəfə zibil qutusuna atdıqda imkansız insanları düşünürdüm və məhsulu israf etməyim məni çox məyus edirdi. Hələ hər nəticə ilə yaranan inamsızlıq hissini demirəm.. Hazırladığım makaronların daha çox  peçenye və ya pirojnaya bənzədiyini görmək məni daha da üzürdü. Bununla belə, valideynlərimin bütün bu zaman ərzində mənə dəstəyi vəziyyətdən inamla çıxmağıma səbəb olurdu. İnanılmaz səslənsə də, makaron bişirməkdə uğursuzluqlarım  düz 7 ay davam etdi  və nəticədə emosional yüklənmələrlə bərabər $1,500 ziyana uğradım. Bütün bunlara baxmayaraq, mən ümidimi itirmədən  ehtirasla internetdə uğursuzluğuma çarə axtarmağa davam edirdim və nəhayət, bu axtarış nəticəsiz olmadı. Həmən anı hələ də aydın xatırlayıram. Gözləmədiyim bir anda bazar ertəsi günorta işdə olarkən avstraliyalı bir xanımın bloqu ilə tanış oldum. Onun hazırladığı makaronlar çox səliqəli və düzgün formada idi. Beləliklə, onun reseptindən istifadə etməklə, hər kəsi mətbəxdən uzaqlaşdırdım və böyük həvəslə makaronlarımı hazırlamağa başladım. Həqiqətən də, makaronlar üzərində bir dənə də çat olmadan, çox gözəl görünüşlü və səliqəli idilər. Nəticəni ilk dəfə gördükdə sevincimin həddi hüdudsuz idi. Mən böyük həvəslə qələbəmi daddım!”

Hazırladı: Gülnar Məmmədova
Foto: Alena Romanovskaya




nig
nig7
nig4
nig2
nig6
nig3
nig5

 

Şərhlər

Menyu