Moda bloqeri Ascia AKF-nin Ralph Lauren və Net- a- Porter ilə “hibridi”

 

as7(Ralph Lauren)

 

as8
(Net- a- Porter)

 Bu dəfə sizlərə məşhur moda bloqeri Ascia AKF barədə yazmaq istəyirik. Ascia Küveytdə yaşayan, əslən isə yarı küveytli, yarı amerikan olan moda bloqeridir.

O xüsusilə də özünəməxsus türban bağlama stilləri ilə tanınır. Küveytli olmasına baxmayaraq, bütün dünyada, əsasən də ərəb ölkələrində çox izlənilən bir bloqerdir. Bir çox məşhur dizayner brendlərlə davalı əməkdaşlıq edərək onların tədbirlərində iştirak edir. Maraqlısı da budur ki, onun bloqun o qədər universal və müxtəlifdir ki, onun nümayiş etdiyi geyim dəstlərini hicablı, eləcə də hicabsız izləyicilər sevir. O bu yaxınlarda Ralph LaurenNet- a- Porter üçün çəkilmişdir. Məşhur brend öz Instagram səhifəsində həmən fotoları “Zəriflik Ascianın Küveytdəki Ralph Lauren-dən trikotaj şalvar və  kaşmir vodolazka geyinməsi ilə canlanır ” başlığı altında paylaşmışdır.
 
as
 
Nəzərinizə çatdırmaq istərdik ki, Ascia öz geyim və həyat tərzini the-hybrids.com bloqunda həyat yoldaşı Ahmad ASB ilə birlikdə təqdim edir. Bloqun “the hybrids” adlanmasının səbəbi onların hər ikisinin qarışıq əsilli olması ilə əlaqələndirilir.

Yeri gəlmişkən, Ahmad da xanımı kimi məşhur brendlərdən geyinib öz geyim stilini izləyiciləri ilə bölüşür. Bu yaxınlarda cütlüyün Adam adında oğulları da dünyaya gəldiyindən onlar bloqlarında onunla da bağlı yenicə valideyn olmuş izləyiciləri üçün faydalı və maraqlı məlumatlar təqdim edirlər. Bundan başqa, Ascia körpəsinin dünyaya gəlişindən sonra xanımlar üçün geyiminə uyğun fərqli slinqlərlə maraqlı kombinlər yaradaraq analığın baxımsızlıq üçün səbəb olmadığını bir daha sübut etdi.

 
Hazırladı: Gülsüm Həsənova 
 
 
as9
12
7
456
photo 1

Şərhlər

Menyu