“Endemage”-nin ənənəvi abayalara fərqli baxışı

ECA05_grande

Abaya – xüsusən, ərəb xanımları tərəfindən geyinilən qara və əsasən müxtəlif tünd rəng çalarlarında olan bir libasdır.  Abayanın özəlliyi boş və uzun olmasındadır, bununla belə o, bütün bədəni örtərək yalnız üz, əl və ayaqların açıq qalmasına izin verir.

Maraqlıdır, əgər abaya libasının ənənəvi xüsussiyyətini nəzərə almasaq, onu tam yeni bir tərzə – daha dəbli gorünüşə dəyişsək, bu libas xanımların sevdiyi geyimə çevrilərmi? “Endemage” dəb aləmində yeni ad olaraq abayanı öncə qeyd olunan tərzdə təqdim etməyə çalışır. Belə ki, iki Omanlı bacı LubnaNadia tərəfindən yaradılan brend bu tərzi daha dəbli və müasir xanımların zövqünə uyğun şəkildə etməyə çalışır.

Brend öz rəsmi internet səhifəsində abayanı bu sözlərlə təsvir edir “Son dəbə uyğun, füsunkar və Şərqlə Qərbin birləşdiyi nöqtə”. Bu təsvirə əsasən onu demək olar ki, xüsusən qarderob seçimində çətinlik çəkən hijablı xanımlar üçün belə bir brendin mövcudluğu müjdəli xəbərdir. Çünki bu iki bacı ənənəvi geyim nümunəsindən yaratdığı yeni tərz vasitəsi ilə xanımların işini xeyli asanlaşdıracaq. Yuxarıda söylənənlərin həqiqi olduğundan əmin olmaq üçün kolleksiyaya nəzər salmanız kifayətdir.

Hazırladı: Fərəh Məmmədli 

 

eca06_grande ECA13_grande ENDEMAGE_289_grande ENDEMAGE_408_grande ENDEMAGE_437_grande ENDEMAGE_455_grande ENDEMAGE_503_grande

Şərhlər

Menyu