Detoks – kivi və ispanaqlı smuzi

kivi2
Əgər siz sağlamlığınız üçün çox vacib olan məhsulları adi şəkildə yeyə bilmirsinizsə, o zaman bunu qida rasionunuza daxil etməyin ən gözəl üsullarından birinə müraciət edə bilərsiniz. Aşağıda təqdim etdiyimiz faydalı içkinin tərkibində bədənimizin sağlamlığı üçün faydalı olan ispanaqlı smuzidir.  Tərkibindəki kivinin sayəsində o sitrus ətirli və yüngül turş dada malikdir. Beləcə siz ispanağın dadını hiss etmədən bu faydalı smuzini gündəlik şəxsi menyunuza daxil edə biləcəksiniz. İçkini səhərlər yeməkdən öncə qəbul etmək məsləhətlidir.

Kivi və ispanağın faydaları: Kivi və ispanaq antioksidant funksiyaya malik olub bədəni zərərli maddələrdən təmizləyir,  zehni gücləndirir, soyuqdəymə, boğaz xəstəliklərinin qarşısını alır, sinirləri sakitləşdirir və həzmi yaxşılaşdırır. Ən əsası, xərçəng xəstəliyinə tutulma ehtimalını sıfıra endirir. Elə isə  sabahdan gününüzü yaşıl smuzi ilə açmağa nə deyirsiniz?

Lazım olan inqredientlər:

-1 ovuc ispanaq

-2 ədəd kivi

-0,5 stəkan su və ya buz (əgər qatı olmasını istəmirsinizsə, suyun miqdarını artıra bilərsiniz)

 

Səhər yeməkdən öncə bu içkini qəbul etsəniz, bədəniniz gün ərzində özünü daha enerjili və sağlam hiss edəcək. Onu da qeyd edək ki, siz bu smuzinin tərkibini  öz fantaziyanıza uyğun digər göyərtilər (kərəviz) və meyvələr (armud, banan və s.) əlavə etməklə zənginləşdirə bilərsiniz.

Həmişə sağlam qalın!

 

Hazırladı: Afaq Aslanova
kivi3

foto: www.cookwithowls.com

 

 

Şərhlər

Menyu