Özümüzdən başqa səfərə nə götürək?

face

Müasir iş həyatımızda biz il ərzində nəhayət ki, məzuniyyətə çıxacağımız müddəti səbirsizliklə gözləyirik və coxlarımız məzuniyyət günlərimizin evdən kənarda keçirməsini planlaşdırır. Amma səbirsizliklə gözlədiyimiz günlər yaxınlaşdıqca bizi səfərə hazırlıq həyəcanı bürüyür. Və ilk növbədə səfərə nə götürüb-götürməməyi düşünürük. Öncəliklə bu, planladığımız səyahət proqramına uyğun gəlməlidir. Belə ki, bəziləri dəniz səyahətinə, digərləri olduqca aktiv səyahətə üstünlük verir və əlbəttə ki, çemodanımızın içindəkilər seçdiyimiz səyahət növünə uyğun gəlməlidir.

Özümüzlə səfərə nə götürək? Seçdiyimiz səyahətin növündən asılı olmayaraq özümüzlə götürəcəyimiz ilk əşya bizim sənədlərimizdir – xarici passport (Qeyd: əlavə nüsxənin götürülməsi məsləhət olunur, çünki hər birimiz istənilən duruma hazır olmalıyıq), təyyarə biletləri (və ya elektron çıxarışlar) və tələb olunursa sığorta sənədi .
 
tur2
 
Maddi vəsaitə gəlincə ödəmə kartları ilə yanaşı nağd pul götürməyiniz tövsiyyə olunur, çünki bir çox xarici ölkədə ödəmə kartından istifadə zamanı problemlər yarana bilər. Xarici valyuta kimi hər iki valyutanı – avro və ABŞ dollarını özünüzlə götürə bilərsiniz. Amma avroda küpürün hədsiz böyük olmaması önəmlidir. Məsələn, Yunanıstanda iri küpürün (500 Avro) dəyişdirilməsi üçün bank əlavə sənədlər tələb edə bilər. Bu kimi hallardan özümüzü sığortalamaq yerinə düşər. Və bir də bunu nəzərə almaq lazımdır ki, gedəcəyimiz ölkədə bizim ölkədən fərqli olaraq çoxlu sayda valyuta mübadilə məntəqələri olmaya bilər. Hətta bu baxımdan Bakı şəhəri turistlər üçün olduqca əlverişli bir şəhər hesab olunur.

Digər əsas məsələ özümüzlə bərabər çantada götürdüyün geyimlərdir. Çünki məlumdur ki, biz Azərbaycan xanımları hətta xaricdə belə səliqəli və fərqli geyinməyi xoşlayırıq. Amma ilk növbədə təyyarə biletində göstərilən çəkini və gedəcəyiniz ölkədə alış-veriş məkanlarının da olacağını unutmamaq lazımdır və hər bir halda tədbirli davranmaq gərəkir.
 
что-взÑ-Ñ‚ÑŒ-в-тайланд
 
Geyim məsələsinə gəldikdə, əlbəttə, hər birimizin öz seçimi var. Səyahət çantamızdakı geyimlər seçdiyimiz səyahət proqramına uyğun olmalıdır. Dənizkənarı istirahət zonalarına gedənlərin fərqli geyim seçimləri, aktiv səfərə gedənlərin isə bir başqa seçimi ola bilər. Burada aktiv səyahət proqramı seçən xanımlara ilk növbədə 2 cüt rahat ayaqqabı və daha yüngül geyim götürməyi məsləhət görmək istərdik. Ən əsas isə səfərinizin aktiv olacağı, bəzi hallarda bir neçə şəhər dəyişəcəyinizi nəzərə alaraq yükünüzün çox da ağır olmamasını və sizə narahatlıq yaratmamasını nəzərə almalısınız.

Dəniz səyahəti seçən xanımlar bu səyahətə uyğun müvafiq geyimlər, kosmetik vasitələr, xüsusilə günəş kremləri ilə özlərini təmin etməlidirlər. Hər iki halda- istər daxili, istər xarici turizmi seçən xanımlarımıza müvafiq tibb ləvazimatları gigiyenik vasitələrdən səfərə götürməyi tövsiyyə edərdik. Bu, ilk növbədə hər şeyin əlimizin altında olması və səfər günlərimizin zərurət yarandığı halda aptek axtarışına və narahat vəziyyətlərə düşməməniz üçün gərəklidir.
 
tur3
 
Səfərdən öncəki məlumat hazırlığı: Səfər öncəsi gedəcəyiniz ölkədəki hava proqnozunu internet şəbəkəsindən öyrənin. Bu halda, daha zəruri olan geyim əşyalarını çemodanınızda yer almış olacaq və təbii ki, səyahət zamanı əylənmək istədiyiniz aktivitələr üçün seçim işiniz daha rahat və daha tez başa gələcək. Və ən əsası səfərinizin və istirahətinizin yadda qalan və maraqlı olması üçün fotoaparatı və gedəcəyiniz yerləri öncədən xəritədə qeyd etməyi unutmayın.

Sonda hər birinizə bol-bol səyahətlər və yadda qalan əyləncəli anlar diləyirik.

Həyat yaşadığımız anlardan ibarətdir. Daha çox səyahət edin!
 
 
Hazırladı: İradə Gədirova
 
 
 

Şərhlər

Menyu