Tərəziniz həqiqətimi söyləyir?

1

Bir çox hallarda xanımlar çəkilərini qorumağa çalışır və tərəziyə çıxarkən bu alətin göstərdiyi rəqəmdən çox asılı olurlar. Sırf artıq çəkidən azad olmaq, bu rəqəmin daha da azalması üçün çalışır və bu məqsədlə idmanla məşğul olurlar.

Ümumiyyətlə tez bir zamanda nəticə əldə etməyən səbrsiz xanımlar nəticə ilə məyus olur. Çəkinin azalması isə tez bir zamanda baş vermir. Yadda saxlamaq lazımdır ki, rəqəmlərə bağlı olmaq sağlam həyat və hətta artıq çəkidən uzaq olmaq üçün düzgün çıxış yolu deyil. Əslində, tərəzinin göstərdiyi rəqəm bizim sağlamlığımız, gözəlliyimiz, enerjimiz haqqında heç bir şey demir. Rəqəmlərə fokuslanmaq yox, sağlam qidalanmaq və sağlamlıq naminə idmanla məşğul olmaq lazımdır.

Bir insanın çəkisi sağlam insanın çəkisi ilə eyni ola bilər, lakin eyni zamanda həmin insan sağlam qidalanmadığına və fiziki fəaliyyətlə məşğul olmadığına görə sağlamlığında ciddi problemlər yaşana bilər. İnsanın əzələsi piylərdən daha artıq çəkiyə malikdir. Təsəvvür edin ki, siz sağlam bədən quruluşuna malik olmaq, əzələ artımına sahib olmaq istəyirsiniz. Buna görə də idmanla intensiv məşğul olub əlinizdən gələni edirsiniz və tərəziyə çıxdıqda göstərdiyi rəqəmin əvvəlkindən daha çox olduğunu görürsünüz. Nəticədə siz artıq çəki aldığınızı düşünüb boşuna məyus olursunuz. Halbuki tərəzi sizin bədəninizdəki piylərin çəkisini yox, əzələ artımının çəkisini göstərir.

3

Qəbul etmək olar ki, tərəzi insanın çəkisini müntəzəm olaraq yoxlamaq üçün lazımlı alətdir və burada yanlış bir şey yoxdur. Lakin tərəzi hər zaman doğrunu demir və göstərdiyi rəqəm sizi yanılda bilər. Əgər sağlam qidalanıb müntəzəm olaraq idmanla məşğul olsanız, şübhəsiz ki, effektiv və müsbət nəticə əldə etmiş olacaqsınız.

Sağlam qidalanma ilə bağlı məsləhətlər:

  • Səhər yeməyinə yaşıl çay və ya meyvə şirəsi, yulaf yarması sıyığı, yaxud süd məhsulları,yumurta ilə başlayın.
  • Səhər yeməyindən günorta yeməyinə qədər olan müddətdə qəlyanaltı olaraq meyvə və ya bir ovuc çərəz yeyin.
  • Günorta yeməyinə müxtəlif suplar, toyuq əti tərkibli salatlar yeməyə çalışın. İşə gedərkən bayırda zərərli yeməklər (fast food) yemək əvəzinə günorta yeməyinizi və qəlyanaltını evdən özünüzlə aparın.
  • Günorta yeməyindən axşam yeməyinə qədər olan vaxtda qəlyanaltı olaraq hər hansı bir meyvə yeyin.
  • Axşam yeməyinə isə maksimum dərəcədə yüngül yeməklər yemək lazımdır: Salatlar, meyvə, tərəvəz, balıq tərkibli salat və ya yeməklər daha məsləhətlidir.

Ümumiyyətlə, gün ərzində yeməklərinizdə meyvə və tərəvəzlərə, toyuq və balıq ətinə daha çox önəm verin. Gün ərzində ən az 2 litr su içməyi də unutmayın.

Əgər siz artıq çəkidən azad olmaq, sağlam bədənə malik olmaq istəyirsinizsə, o zaman sağlam qidalanma ilə idman paralel şəkildə həyata keçirilməlidir. Səhərlər minimum 30 dəqiqə yürüyüş, yaxud qaçışla məşğul olun. Axşam saatlarında isə 20 dəqiqəlik bədənin müxtəlif hissələri üçün nəzərdə tutulan idman növləri (fitness, pilates, yoga, və s.) ilə məşğul ola bilərsiniz.

 

Həmişə sağlam qalın!

Hazırladı: Afaq Aslanova

Şərhlər

Menyu