Zəhərli şəkər

ll

 

Yeni araşdırmalara əsasən, inkişaf etmiş ölkələrdə hər bir 8 yaşına qədər olan uşaqlar 100 il bundan öncə yaşayan insanların bütün həyatı boyunca istehlak etdiyi şəkərin miqdarından artıq şəkər qəbul edtdiyini bilirdinizmi? Bəs şəkərin ifrat şəkildə qəbul edilməsi uşaqlarda immun sistemini zəiflətməsi, hipoqlisemiya, bədəndə turşuluğun artması, diabet, diqqətsizlik, kariyes, piylənmə, qəribə davranış kimi pozuntulara səbəb olması haqda məlumatınız var idimi?

 

lle

 

Gündə bir və ya iki şəkərli içki ikinci növ şəkər xəstəliyi riskini 25%, piylənmə riskini isə 60% artırır. Qeyd olunan xoşagəlməz tendensiya tibb mütəxəssislərini həyəcanına əsas verib. Buna görə uşaqların şəkər qəbulunu azaltmaları üçün bir sıra daha sağlam alternativlər təklif olunur:

– Bal
– Bəhməzlər: tut, keçibuynuzu, üzüm
– Bitki mənşəli şərbətlər: ağcaqayın, aqave
– Emal olunmamış şəkərlər: xurma şəkəri, qamış və kokos
– Meyvə püreləri: alma, ərik, şaftalı, banan, xurma
– Quru meyvələr: kişmiş, əncir, xurma
– Şirin iyə malik olan ədviyyatlar: darçın, hil, mixək, anis ulduzu, razyana
– Sitrus meyvə şirələri: portağal, naringi

Yeri gəlmişkən, bal, bitki şərbəti və bəhməzlərini istifadə edərək şəkəri əvəz etməyə çalışırsınızsa kulinarların məsləhətilə bu müxtəlif un məmulatlarını bişirərkən şirniyyatların rənginin qaralmaması üçün temperaturu 25 dərəcədən çox etməmək tövsiyyə olunur.

Həmçinin qeyd etmək istərdik ki, daha sağlam alternativlərə keçməyi birdən-birə deyil, addım-addım etməyə çalışın ki, uşağınızın ağız dadı baş verən dəyişikliklərə uyğunlaşa bilsin.
Hazırladı: Səltənət Zülfüqarova

Şərhlər

Menyu