Bənzər təbəssüm, fərqli həyat

Anadangəlmə, xəstəlik və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan uşaqlar digər  uşaqlar kimi deyil. Lakin qüsurlu körpə və uşaqların cəmiyyətdə qəbul olunması və sevilməsi onlar üçün mühüm əhəmiyyət kəsb edir.

Övladını olduğu kimi qəbul edib onu böyüdüb, yetişdirmək istəyən cəsarətli valideynlərin bu asan olmayan yolda dəstəyə ehtiyacları var. Məhz bu səbəbdən əlil uşaqların cəmiyyətə qaynayıb-qarışmasını önəmli sayan və onların sağlam insanlar kimi cəmiyyətin bərabər hüquqlu üzvləri kimi təqdim etmək niyyətində olan bir sıra məşhur markalar fəaliyyətlərinə əlil və qüsurlu uşaqları cəlb edirlər. Bu markalar sırasında Boots, Little woods, Argos, Bellē Up, Jo Jo Maman Bebe , Boden, Marks & Spencer, DC kids, Target, 
Little Marven və digərləri var. Bundan başqa dünyaca məhşur MothercareEarly Learning Center yaxın gələcəkdə qüsurlu uşaqları reklam işlərinə cəlb etməyi planlaşdırırlar.
 
 
Hazırladı: Səltənət Zülfüqarova
 

dc3 dc5 dc6 jojomb2 lilmaven3 m&s peekaboobeans target

Şərhlər

Menyu