Bodilər- körpə qarderobunun əvəzolunmaz atributu

Çeşid-çeşid körpə və uşaq geyimləri böyüklərin moda sənayesindən heç də geri qalmır. Cürbəcür oğlan və qız geyimləri valideynləri rəng çalarlarının və biçimin müxtəlifliyi ilə ildən-ilə valeh etməkdədir. Böyüklərə məxsus istənilən forma geyimlər artıq körpə və uşaqlar üçün də modelləşdirilir. Bu cür geyimli mini xanım və ya mini bəy heç kimi cazibəsindən kənarda qoymur.

Lakin körpə geyimləri arasında əvəzolunmaz və alternativsiz favorit sözsüz ki, bodilərdir. Onlar körpə ayaq açıb sərbət gəzənə kimi öz aktuallığını itirmir. Həm valideyn üçün, həm də körpəyə bodilərin üstünlüyü onların rahatlığındadır:

– Sadə biçimə malik olan bodilər körpənin bədən hərəkətini məhdudlaşdırmır.

– Körpənin dərisini qıcıqlandırmır, bədənini sıxmır və əzmir.

– Digər geyimlərin forma və rənginə uyğunlaşdırmaq kimi problemlər yaratmır.

– Avto oturacaqda kəmərlənmə üçün rahatdır.

– Müxtəlif üst geyimlərinə yaraşır.

– Yuyulması və ütülənməsi xüsusi qayğı tələb etmir.

– Əksər hallardan 100% təbii materialdan hazırlanır.
 
İstisnasız olaraq bütün körpə və uşaq geyim istehsalçıları və markaları istehlakçılara müxtəlif cür bodi çeşidləri təklif edir. Bodilər artıq ev və yataq geyimi kimi deyil, fərqli formalarda hazırlanır.

Bodilər oğlan, qız və hər ikisinə uyğun olan “neytral” növlər üzrə istehsal edilir ki, bu da ailədə olacaq növbəti körpələrin istifadəsini məhdudlaşdırmır. Biçiminə görə bodilərin bir neçə növü mövcuddur:

Uzunqol ayaqlı bodilər

b1 b2 b3 b4

Uzunqol ayaqsız bodilər

b5 b6

Pəncəsiz bodilər

b7 b8

Qısaqol bodilər

b9 b10

Mayka bodilər

b12

b11

 

Səltənət Zülfüqarova
Əmizdirmə məsləhətçisi

Şərhlər

Menyu