Limonlu suyun sağlamlıq üçün faydaları

lemon-water-or-lime-water-health-benefits

 

Gün ərzində limonlu su içməyin bir çox faydaları mövcuddur. Limon ən xeyirli və sağlam qida məhsulu olub, tərkibi insan bədəni üçün lazım olan C, B vitaminləri, kalsium, dəmir, maqnezium, liflərlə zəngindir.

Səhər yeməkdən 15-20 dəqiqə əvvəl bir stəkan ilıq suya (su soyuq olmamalıdır) yarım limon şirəsini sıxıb için. Bundan əlavə gün ərzində içəcəyiniz adi suya limon dilimləri atmaqla içəcəyiniz suya xüsusi dad qatmış olarsınız.
 

Nəticədə bu dadlı suyun aşağıdakı faydalarını görə bilərsiniz:

1. Həzm sisteminin işini yaxşılaşdırır. Bu, limonlu suyun ən effektiv faydalarından biridir. Belə ki, limon mədə pozğunluğunun-yemək borusunda yanma, gəyirmə, şişkinliyi, köpməni aradan qaldırır. Hər gün səhər bir stəkan ilıq limonlu su içsəniz, elə ilk gündən həzm prosesinin rahatlaşdığını hiss edəcəksiniz.

2. İmmun sistemini gücləndirir. C vitamini bizim ən ehtiyacımız olan vitaminlərdən biridir. Limon bu vitaminlə dolu olduğu üçün limonlu su içməklə siz çoxlu C vitamin qəbul etmiş olursunuz. Stresli günlərdə xüsusilə bu vitaminin qəbul edilməsi faydalıdır.

3. Bütün bədəni toksinlərdən təmizləyir. Limonlu su qaraciyərin işini sürətləndirərək bədəninizdə olan bütün toksinlərdən təmizləyir.

4. Nəfəsi təravətləndirir.

5. Dərini təmizləyir. Limon detoks (toksinlərdən təmizləyən) funksiyasını daşıyaraq qanı toksinlərdən təmizlədiyi üçün eyni zamanda dəridə olan sızanaq və civzələrin əmələ gəlməsinin də qarşısını alır.

6. Çəki problemini aradan qaldırır. Limonlu su bədəndə artıq yağların yığılmasının qarşısını alaraq bir növ bədəndə olan yağları “yandırma” funksiyasına malikdir.

7. Bədəndə olan infeksiyaların, iltihablanmanın qarşısını alır.

8. Bədənin enerjisini artırır, depresiyanı və narahatlıq hissini aradan qaldırır.

 

Qeyd: Limonun tərkibində turşu olduğu üçün suyu içəndən dərhal sonra dişlərinizi fırçalamayın, əks halda bu dişlərə zərər verə bilər.

 

Həmişə sağlam qalın!

Hazırladı: Afaq Aslanova

 

Şərhlər

Menyu