Ecaskar Hindistan

_IRA1312E

 

“Səyahət” rubrikasının ilk paylaşımını ecaskar Hindistana həsr edirik.

Məlumdur ki, hər birimiz izlədiyimiz hind kinolarındakı rəngarənglilik, musiqi və rəqsləri, sevgi nağılları ilə böyüyüb xəyallar aləmində yaşamışıq. Və bir gün bu ölkəni canlı görmək, onun sehrinə toxuna bilmək kimi xəyallarımız olub..

Yəqin ki, elə bu filmlərdən aldığımız təəsüratlar sayəsində belə bir sual çoxlarımızın ağlından keçib: “Doğurdanmı Hindistanda hər kəs yalnız rəqs etməklə məşğuldur?” O zaman yaxın əyləşin, bu məqalədə həmin möhtəşəm ölkə haqda ətraflı danışacağıq. 

Hindistan paytaxt Nyu Delhi şəhərinə enməklə başlayır. Oraya Bakıdan birbaşa uçuşlarımız hazırda yoxdur. Səfərlər Dubay, İstanbul, Doha, Moskva və Daşkənddən tranzitlə həyata keçirilir. Delhiyə ilk düşdüyünüzdə diqqətinizi ilk növbədə hava limanında quraşdırılmış Mudralar (əl işarələri) çəkəcək. Bu işarələrin hər birinin öz anlamı var və onlar yalnız sülh, əmin-amanlıq, daxili rahatlıq və sakitlik məqsədi daşıyır. Daha sonra yol boyu sizi hər zaman yaşıllıq içində olan şəhərlə tanışlıq gözləyir. Əlbəttə, bu, seçəcəyiniz mehmanxanın yaxın və ya uzaqlığından asılı olacaq.

 

_IRA0604E

 

Delhi şəhəri məcazi olaraq 2 hissəyə- Yeni və Qədim Delhiyə bölünür. Belə ki, Qədim Delhi 12-ci əsrdən burada iz qoymuş Türk-İslam mədəniyyətinin izlərini, abidələrini özündə birləşdirir. Yeni Delhi isə əsasən 1911-ci ildə Britaniya Hindistanının paytaxtı Kəlküttə şəhərindən bura köçürüldükdən sonra qurulmuşdur. Küçələr daha geniş və əsas administrativ binaların yerləşdiyi hissədir. Məşhur prezident sarayı Raştrapati Bhavan, ədliyyə məhkəmələri, 1-ci dünya müharibəsində həlak olmuş hind əsgərlərinin şərəfinə ucaldılan və hər birinin adı həkk olunan Hindistan qapısı burada yerləşir. Eyni zamanda burada ayrıca səfirliklər və vəkillər məhəlləsini görə bilərsiniz. Turistlər üçün xüsusi səliqədə bir-birindən gözəl geyim, aksessuar mağazaları da buranın özəlliklərindən biridir. Ələxsus, Yaşvantsiqx Mall, City walk mall, Connaught Place məhəlləsindəki göz oxşayan şoppinq mərkəzlər qeyd edilməlidir. Əlbəttə, qiymətlərin digər yerlərə nəzərən yüsək olduğunu da unutmamaq lazımdır.

India gateE1
(Hindistan qapısı)

Delhi yaşıllığı və istirahət parkları ilə diqqət çəkən bir şəhərdir. Parkların geniş yaşıl zolaqlığı və tez-tez qarşınıza çıxması sizi təəccübləndirməsin. Qədim Delhi tarixə marağı olan, Türk-islam mədəniyyətinin Hindistan tarixində yerini öyrənmək istəyənlər üçün diqqət çəkir. Bu böyük ölkədə ilk İslam abidəsi olan məşhur Qüvvət-ül İslam abidələr kompleksi, Qütub Minar abidəsi, TuqlakabadFerozabad şəhərlərinin xarabalıqları, Lodi bağları, Nizamuddin Övliyanın məqbərəsi sizə bu səfəri unudulmaz edəcək.

_IRA0991E

_IRA0974E
(Ferozabad)

Qutub minarE
(Qütub Minar abidəsi)

 

TuglakabadE1
(Tuqlakabad)

 

lodi gardenE1
(Lodi bağları)

Qədim Delhinin ayrılmaz hissəsi olan Çandni Çovk məhəlləsi, 25000 müsəlmanın ibadəti üçün nəzərdə tutulan Hindistanın ən böyük Cümə məscidi, Humayun şahın məqbərəsi və münasib qiymətləri və keyfiyyətli malları ilə fərqlənən Meyn Bazar görülməli yerlərdəndir. Eyni zamanda Delhidə müasir XX əsrin möhtəşəm abidələri sayılan Lotus Məbədi və Akşardham Temple ziyarət olunası yerlərdəndir. Meyn Bazarın qurtaracağı Nizamuddin dəmiryol stansiyasına çıxır və heç təsadüfi deyil ki, çox turist məhz bu rayonda ucuz mehmanxanalar seçir. Çünki əksəriyyət Delhi şəhərini öyrənmədən digər məşhur şəhərləri görməyə tələsirlər. Halbuki 7 imperiyanın paytaxtı adını daşıyan Delhi şəhərini kəşf edib hiss etmək üçün yetərli vaxt lazımdır.

 _IRA0637E CUMA
(Cümə məscidi)

Humayun shanin meqberesiE1
(Humayun şahın məqbərəsi )

Delhidən başqa turislərin ən çox ziyarət etdikləri şəhər Hindistanı dünyaya tanıdan məşhur Tac-Mahal məqbərəsinin yerləşdiy Uttar-Pradeş ştatının paytaxtı Aqra şəhəridir. Səfəriniz avtobusladırsa o yeni tikilmiş avtomagistral yolla həyata keçəcək. Odur ki, 5 saatlıq yol 3 saata qət edilir.

Aqra şəhərinin əsas vizit kartı əlbəttə ki, XVII əsrdə inşa edilmiş Tac-Mahal məqbərəsidir ki, 2007-ci ildə dünyanın 8-ci möcüzəsi seçildi. Aqra şəhəri ümumilikdə sizi görünüşü ilə heyrətləndirib, eyni zamanda azacıq mədəni şoka salsa da, həmən möhtəşəm bəyaz məqbərənin gözəlliyi bu şoku qısa zamanda unutduracaq. Tac-Mahal cümə günü istisna olmaqla hər gün yerli və xarici turistlərə açıqdır. Çünki abidə kompleksinə daxil olan məscid cümə günləri Camaat namazına açılır.

_IRA1243e

Taj MahalE1

_IRA1279-2E
(Tac-Mahal)

Tac-Mahaldan sonra Aqrada görə biləcəyiniz diqqət çəkən abidə Aqra qalasıdır. Qalanın bir hissəsi Hindistan hərbi nazirliyi üçün bağlanmışdır. XVI-XVII əsrləri əhatə edən bu qala ecazkar memarlığı və gözəlliyi ilə sizləri valeh edəcək.

_IRA1399E
_IRA1452E
(Aqra qalası)

Hindistanda səfər edərkən nələri nəzərə almalıyıq? İlk növbədə Hindistan səfəri ərəfəsi natəmizlik, xoşagəlməz qoxuların olması kimi düşüncələrdən xilas olmaq lazımdır. Çünki bunlar sadəcə bir mifdir. Bununla belə suları mağazalarda şüşə qablarda almaq tövsiyyə olunur. Hind yeməklərinin hədsiz ədviyyatlı olduğunu da unutmayın. Amma bu ləziz təamları dadmaqdan məhrum olmayın – samosa, qolqappa, tanduri çiken, lassi, gulab jamun kimi yeməkləri dadmağa dəyər. İri şəhərlər arasında səyahət dəmiryolları, hava nəqliyyatı və ya sadəcə qaldığınız mehmanxanadan şəxsi maşın icarələməklə həyata keçirilir. Şəhər içi ən ucuz hərəkət vasitəsi isə otorikşa və ya tuk-tukdur. Hind valyutası rupidir, buna görə ABŞ dolları ilə səyahətə çıxmanız və hava limanında onu dəyişməniz tövsiyyə olunur. Və ən əsası isə üzü gülər olun və hər bir hindliyə gülüşünüzü əksik etməyin. Bu xalq gülərüzdür və sizin hər hansısa bir xoş çağırışınıza dərhal kömək etməyə hazırdır. “Doğurdanmı Hindistanda hamı ancaq rəqs etməklə məşğuldur?” sualına cavabımız isə belədir – əslində hər kəs öz həyatını yaşamaqdadır. Yalnız dini festivallar və bayram ərəfələrində küçələrin mərkəzində insanların o möhtəşəm rəqslərini görə bilərsiniz.

Hindistana səfər Hindistana sevgidən başlayır…

 

Hazırladı: İradə Qədirova
Foto: İradə Qədirova

 

_IRA1301 (1)E bu shekli sonda vere bilersinizE1

_IRA1165E

_IRA1004E

Şərhlər

Menyu