Azərbaycan dəb dünyasında yeni imza. Modelyer-dizayner Zümrüd Mirzəliyeva.

zumrud cover3e

 

Dəbli modelyer-dizayner Zümrüd Mirzəliyeva yerli moda aləmində parlayan və son zamanlar adı tez-tez mediada çəkilən istedadlı və iddialı gənc xanımdır. Sadəliyi ilə ətrafında xoş ünsiyyət və abu-hava yarada bilən və öz üzərində daim işləməyi sevən bu xanım moda yarışmalarında ölkəmizin adını layiqincə təmsil edir, məşhurlar üçün maraqlı libaslar hazırlayır və bununla belə tədbirlərdə tez-tez görünməyə də vaxt ayırmağa çalışır.

İxtisasca rəssam-modelyer olan Zümrüdün rəssamlıq həvəsi hələ orta məktəbdə oxuyarkən qonşuların divarlarında şəkillər çəkməklə başlamışdı. Sonradan valideynləri onda rəssamlığa olan ciddi həvəsi və istəyi hiss edərək ona bu istiqamətdə təhsil almağı məsləhət görmüşlər. Bugünki işinin ən sevdiyi tərəflərindən danışan modelyer tez-tez yeni insanlarla tanış olub, yeni obrazlar yaratmaqdan böyük zövq aldığını açıqladı.

 

– Elə bir insan varmı ki, öz kolleksiyanızdakı bir geyimi onun üzərində görməyi çox arzulayırsınız?

-Bir neçə il bundan öncə Türkiyənin məşhur aktrisası Aydan Şenər üçün bir geyim hazırlamışdım. Çox uğurlu iş alındı, çünki o qadın nə geyinsə yaraşır. Ümumi düşündükdə isə konkret bir insan ağlıma gəlmir, çünki gözəl qadınlar çoxdur. Oların arasında həm məşhur, həm də qeyri-məşhur olan gözəl xanımlar var ki, onları görəndə ilhamlanıram və daha gözəl obrazlar yaratmaq istəyirəm.

 

– Sizcə dəbli geyinmek üçün çox pul xərcləmək lazımdır?

– Xeyir, az pul xərcləməklə də çox dəbli geyinmək olar. Bunun üçün hər bir qadın ona yaraşan rəngi bilməli və ən əsası öz bədənini tanımalı, xarakterinə uyğun geyinməlidir.

10873954_652818904827640_349581347_o

– Azərbaycan xanımlarının geyimləri barədə nə düşünürsünüz?

– Deyə bilərəm ki, müasir dövrdə xanımlarımızın geyimlərində çox irəliləyiş var. Artıq xanımlarımız əvvəlki kimi gündəlik geyimləri ilə ziyafət geyimlərini qarışdırmır, daha sadə, zövqlü və rəngarəng geyinməyi bacarırlar.

 

– Keçmişdən və ya bugün stilini çox bəyəndiyiniz bir ikona varmı? 

– Hər ikonanın özünəməxsus fərqli stili var. Bildiyiniz kimi bununla stilistlər məşgul olur və ən yaxşısını yaradırlar. Belələri çoxdur, məsələn, keçmişə qayıtsaq Sofi Lorenin stilini çox bəyənirəm. İndiki dövrdə isə Hülya Avşarı deyə bilərəm ki, çox zövqlü və gözəl qadındır. Azərbaycanda göz önündə olan qadınlardan Nura Suri, Röya Ayxan və s. kimi xanımlarımız var ki, həqiqətən özlərinə xas geyim tərzləri var.

 

– Bizə kolleksiyanızın ərsəyə gəlmə müddətindən danışın. Ən çox nələrdən ilham alırsınız?

– Daha çox keçmiş filmlərdən ilham alıram. Məsələn, “Breakfast at Tiffany’s” filminin baş qəhrəmanın obrazını çox bəyənirəm. Unutmayaq ki, moda təkrarlanır. Yeni kolleksiya yaradarkən insan mütləq keçmişə nəzər salmalıdır. Çünki nə varsa artıq yaranıb, biz keçmişdən götürüb sintez edir və özümüzə məxsus şəkildə onu yenidən canlandırırıq. Bunu da qeyd edim ki, hal-hazırda modada 60-90-cı illərin tendensiyası davam edir.

 

– Bu sənətdə ən müvəffəqiyyətli hesab etdiyiniz həmkarınız kimdir?

-Mən hələ universitetdə oxuduğum zamanlarda modelyer Leyla Əhmədovanın kolleksiyalarını həvəslə izləyirdim. Əsasən də, şlyapalarla olan kolleksiyası hələ də yadımdadır. Amma hal-hazırda təəssüf ki, onunla bağlı yenilik yoxdur. Ümid edirəm ki, tez bir zamanda yeni kolleksiya ilə qarşımıza çıxacaq.

10934456_652818951494302_470565241_n

– 2014-cü il sizin üçün sanki bir qədər uğurlu və yeniliklərlə dolu bir il oldu. Razısınızmı?

– Bəli, tamamilə razıyam. Bildiyiniz kimi, Azərbaycanın çox zəngin milli mədəniyyəti və tarixi var. Hər zaman kolleksiyamda Azərbaycanın milli motivlərini əks etdirmək arzusunda olmuşam. Bu yaxınlarda Moskvada keçirilən “Etno-Erato” adlnan Avrasiyanın möhtəşəm milli kostyum müsabiqəsidə ölkəmiz adından iştirak etmək üçün təklif aldım. Və düşündüm ki, çoxdan arzusunda olduğum Azərbaycan kolleksiyasını yaradım. Kolleksiyamda torpaq, su, hava və od motivləri əks olunub. Konkursda 2-ci yerə layiq görülməyim mənim üçün ən böyük uğur oldu.

 

– Konkursdan sonra vətənə qayıtdıqda insanların sizə qarşı reaksiyası necə oldu?

– Açığı bu dərəcədə reaksiya olacağını düşünmürdüm. Çox sevindirici hal idi ki, hər kəs məni təbrik edir, sosial şəbəkələrdə bu haqda xəbərlər çıxır. Buna görə hər kəsə təşəkkür edirəm. Bir sözlə, gözlədiyimdən də artıq müsbət reaksiya ilə qarşılaşdım.

 

– Dəb aləmində olmasaydınız, hal-hazırda nə ilə məşğul olardınız?

– 7-ci sinifdə oxuyarkən həkim olmaq istəyirdim. Hətta evdə heyvan oyuncaqlarımı müalicə edir, iynə vururdum. Modelyer olmasaydım, yəqin ki, həkim olardım. Çünki məndə hər zaman insanlara yardım etmək, onları xilas etmək kimi hisslərim olub.

 

Hazırladı: Gülnar Məmmədova
Foto: Muhammad Ağa
Məkan: Four Seasons Hotel Baku

 

10927729_652832108159653_1610084780_o

10922966_652818814827649_356371076_o
10909686_652818984827632_1677189625_o
10921865_652818981494299_1136321388_n
10888295_652818954827635_1001012807_n

Şərhlər

Menyu