Kanadalı avangard- Kaliyana

kal6

80-cı illərdə Kanadada başqaları kimi görünməkdən sıxılan, hər zaman dəbdə qalacaq və eyni zamanda sadə geyinməyi sevən xanımlar üçün Kaliyana brendi yaradıldı.

Müasir, avangard və digər heç yerdə tapa bilməyəcəyiniz tikilişə malik bu geyim, ayaqqabı və bəzək əşyaları kanadalı dizayner Jana Kalous tərəfindən düşünülür. Gen tikilişə malik və hər bədən ölçüdə qadın üçün təqdim olunan bu kreativ libaslar fərqliliyi və praktikliyi bir arada arzulayan cəsarətli və açıq fikirli xanımlar üçün nəzərdə tutulub.  Bu orijinal brendin özəlliyi komfortu təmin edən asimmetrik və gen kəsim, üst-üstə tikilmiş qatlar və iri ciblərdir.

Kaliyana daimi müştərilərinin hesabına güclü reklam kompaniyalarına ehtiyac görməyən brendlərdəndir. Vaxtıikən yalnız Ottavada yerləşən bir dükandan ibarət brend hazırda 5 butiklə artıq 3 iri şəhərdə- Toronto, Montreal və Ottavada fəaliyyət göstərir.

kal2kal7 kal9 kal10 kal11  kal13 kal14 kal15 kal16
kk

kk2

kk3

kk4

Şərhlər

Menyu