Gül çələngini necə hazırlamalı?

DİY1

Yayın gəlişi ilə xanımların saçlarında tez-tez gül çələnglərinə rast gəlmək olar. Bu mövsümdə gül çələngləri romantik görünüş yaratmaqla yanaşı nədənsə həm də dəbə gələrək qadınların sevimli aksesuarına çevrildi. Elə buna görə jurnalımız SİXTEENR brendinin köməyilə 3 addımında gül çələnginin ev şəraitində hazırlanma qaydasını sizlərlə paylaşır.

15 AZN-dan az xərcləyərək tez bir zamanda öz gül çələnginizi hazırlamaq istəyirsinizsə məqalənin davamını oxuyun.

Lazım olan ləvazimatlar:
Gül buketi (10-15 AZN)
Gül üçün məftil (1-2 AZN)
Qayçı

1. Məftili başınız ölçüdə kəsin və uclarını bir-birinə bağlayın. Hətta çalışın yaranan dairəvi məftil başiniza sıx otrusun, çünki güllərin ağırlığı çələngi başınızdan salacaq və narahatlıq yaradacaq.

DİY2

2. Güllərin saplaqlarını kəsin və gülləri məftildən hazırladığınız çələngə bərkidin.

DİY4

DİY5

3. Lazım olan qədər gülləri götürüb çələngin ön hissəsinə və yaxud da bütün ətrafına bərkidin.

DİY6

Və budur, sevimli model Tasmia çələngi baş örtüyü ilə taxmışdır.

Gününüz gül-çiçəkli keçsin!

DİY7

Şərhlər

Menyu