Cəsarətli moda eksperimentləri- Dina Toki-O

d25

Onu tanıyanlar üçün Dina Tokio-O adı yəqin ki, ilk növbədə inqilabçı yeniliklər və ya eksperimentlərlə assosiasiya olunur. Çox güman ki, Dina əslən yarı misirli və yarı ingiltərəli olduğundan daima Qərb və Şərqin sintezini öz geyim tərzində əks etdirir. O, çox vaxt Qərb üslubunda geyinir, üzərində əsas element olaraq isə Şərq xalqlarına məxsus milli geyim və ya aksesuarları əlavə etməklə özünəməxsusluq yaradır.

Bu hijab moda bloqqerinin tərzi daim yenilənir. Qarderobunda əsasən gündəlik geyim tərzini nümayiş etdirən bu xanım vintaj ruhlu geyim və bəzək əşyalarına, eyni zamanda heç də bahalı olmayan brendlərə üstünlük verir.

İlk zamanlar Dina Youtube-da hijab bağlama üsüllarını paylaşan video çarxları və saysız hesabsız eynəkləri ilə yadda qalırdı. Hal-hazırda isə onu, əsasən, boynunda uzun şərflər və turban tərzli hijablarla görmək olar. O həm də hijab və digər aksesuarların satışı ilə məşğul olan Dina Torkia Collection adlı internet butikinin sahibəsidir.

Retro üslubunu, individuallığı, trendləri zövqlə qarışdırmağı və moda eksperimentlərini sevən hijablı xanımlar onun qarderob seçimindən faydalanacaqlarına inanırıq.

d1

d2

d3

d5

d6

d7

d8

d9

d11

d12

d14

d15

d16

d17

d18

d20

d21

d23

d24

d26

Şərhlər

Menyu