Yulaf və bananlı kurabiyələr

banana1

 

Aytən Mir-Əliyevadan sağlam qida resepti- Yulaf və bananlı kurabiyələr!

Diqqətinizə çatdıraq ki, bu resept arıqlamaq üçün deyil, əzələ artımına təsir edən şirniyyatdır.

İçindəkilər:
2 iri banan
1 stəkan yulaf
qoz, kişmiş, şokolad, darçın

Hazırlanması:
Bananı yulaf ilə əzib qarışdırırıq. Sobamızı 250 dərəcədə qızdırıb sinimizi yağlayırıq. Alınmış məhlulu siniyə ehmallıca düzdükdən sonra 15 dəqiqə ərzində bişiririk.

Nuş olsun və hər zaman sağlam qalın!

Aytan Mir-Aliyeva
Fərdi Fitnes Məşqçisi

 

2

1

3

4

Şərhlər

Menyu