Bir çantadan daha artıq. Dizayner və sahibkar Darin Hakim.

DHfinal

“Dareen Hakim” kolleksiyasını ilk dəfə Dubayda olarkən kəşf etmişdim. Bir qadının üzərində ərəb xəttatlığının həkk olunmuş, olduqca gözəl və zərif bir çanta diqqətimi çəkdi. O andan etibarən bu kolleksiyanın mübtəlası oldum.

Kolleksiya şık və dəbli olması ilə bərabər zərifliyi ilə də göz oxşayır. Şəksiz, kolleksiya hər bir qadın üçün nəzərdə tutulub. Bu da məni kolleksiyaya cəzb edən esas səbəblərdən biri oldu.Çantanın üzərində həkk olunan ərəb xəttatlığı nümunəsi onun yalnız bir moda aksesuarı deyil, üzərində gəzdirdiyin kiçik bir incəsənət parçası olduğunu hiss etdirir.

Və mənim sevimli Darin Hakimdən (Dareen Hakim) müsahibə götürmək şansım oldu. Darin kolleksiyasının tarixi ve inkişafı barədə ətraflı danışdı. Aşağıda ondan aldığım kiçik bir müsahibə ilə tanış ola bilərsiniz.

Çanta dizayn etmək qərarını necə aldınız?

– Mənim valideynlərim öz şəxsi biznesi ilə məşğul idilər və mən də bu ənənəni davam etdirib öz biznesimi qurmaq fikrinə düşdüm, belə ki, təhsil almaq üçün Harvarda getdim. Orada Wall Street ve kosmetologiya industriyanın nəhənglərindən olan L`Orealda çalışdım, lakin mən bununla kifayətlənmədim. O zaman böyük bir sıçrayış edərək öz kolleksiyamı yaratmaq qərarına gəldim (Əl çantaları hər zaman mənim sevimli aksesuarım idi). Və beləliklə, mən akademik biliklərimlə hisslərimi birləşdirərək peşəmi daha əyləncəli  etdim.

Ərəb xəttatlığından istifadə etmək fikrinə necə gəldiniz?

– Düşünürdüm ki, çantalarım əl işi və xusüsi ismarıclarla incəsənətin bir parçasına çevrilsin.Bildiyiniz kimi, mən Livanda böyümüşəm və fikrimdə gördüyüm o möhtəşəm mənzərəni canlandırmaq var idi. Buna misal olaraq deyə bilərəm ki, DHC öz çantalarından dünyanın bütün gözəlliklərini, müxtəlif mədəniyyətləri göstərmək və bundan əlavə sərhədləri, stereotipləri məhv etmək üçün bir vasitə kimi də istifadə edir. Belə qeyri-adi inanclara inanan və təqdir edən qadınlar bu çantaları cox sevir və öz üzərində daşıyırlar. Modanın ən böyük özəlliyi ondadır ki,açıq platforma araşdırması üçün onun heç bir qayda-qanunları yoxdur. Və mən öz yaradıcılığımda fərdi yanaşmam ilə yanaşı moda və incəsənət arasındakı sevgini nümayiş etdirirəm.
Da8

Da2

Kimdən və ya hansı brenddən ilham alırsınız?

– Məni daha çox Alexander McQueen ruhlandırır. 2 il bundan öncə Metropolitan İncəsənət muzeyində onun sərgisinə getmişdim….sadəcə heyran qaldım. Günümüzün ən önəmli 2 aspekti: yaradıcı və yenilikçi. Və məni ruhlandıran əsas məqamlardan biri də bu oldu ki, o öz yaradıcılığında dünyagörüşü və güclü intellektindən mükəmməl istifadə etmişdir. Onun yaradıcılığı bizi dünyada və sevgidə görmədiyimiz, yaxud qəbul etməkdən qorxduğumuz bütün incəlikləri görməyə çağırır. Şəkil, yazı və rənglərin arxasından nələrisə görmək həqiqətən də qeyri-adi bacarıqdır. Və tarixdə belə bir yenilik dahiyanə qarşılanmalıdır.

Brendinizi gələcəkdə necə təsəvvür edirsiniz? Digər aksesuarlar dizayn etməyi düşünürsünüzmü?

-Mən bu istiqamətdə davam etmək və dünyanın hər nöqtəsində olan qadınlar üçün daha gözəl çantalar yaratmağı düşünürəm. Biz profilimizi daha da genişləndirib, böyük və kiçik yeniliklərə imza atacayıq. Kinda Hivrawi adlı gözəl bir rəssamla əməkdaşlıq etdikdən sonra biz kateqoriyalarımızı genişləndirməyə yeni Live & Laugh Scarf ilə başladıq və gəlirin bir hissəsini St Jude uşaq xestaxanasına bağışladıq. Şarf bizim məşhur qravüramızın gizli əsəridir və bizim bu işdə əsas məqsədimiz bir gülüşlə hər şeyi yaxşılaşdırmaq, həyatın çətin günlərini geridə qoymaq, ətrafımızda kiçik qəhqəhələrlə başlayan səslər eşitmək idi.

Da3 Da4

Çantalarınızda təsvir olunan sözlərdə hər hansısa ismarıc var mı?

– Çantalarımda əsasən “xoşbəxtlik”, “ağıl və güc”,  “dünyaya gülümsə və o da sənə gülümsəyəcək” kimi ifadələr həkk olunub. Düşünürəm ki, həqiqətən də faydalı ismarıclar göndərmişəm. Bunların arasından ən çox sevilən “Yaşa və gül” ( Live & Laugh) ifadəsi oldu, eləcə də mənim ən sevdiyim. Gülüş qəlbin dərmanı və ən yoluxucu hissdir və beləliklə, mən yalnız özümün yox başqalarının da gününü daha gözəl edə bilərəm. “Gülüş hər nəfəs üçün dəyərlidir və bu həyatda yaşamaqdan daha dəyərli heç nə yoxdur”. Bu ismarıcı aksesuar kimi bütün günü üzərinizdə daşımaq sizin ən güclü silahınız ola bilər.

Gənc dizaynerlər üçün nə məsləhət verə bilərsiniz?

– Ən birinci məsləhətim odur ki, hər zaman ürəyinin səsini dinləsinlər, bu zaman sən ən yaxşısı olacaqsan…və hər zaman sənin yanında olan insanları kəşf et. Yalnız bu ikisi bir arada olduqda sən düşündüyün hər şeyi həyata keçirə bilərsən.

Hazırladı: Şarifa 

Da7 Da8   

Şərhlər

Menyu