Giləmeyvə keyfi

383413434

Yaydır! Demək ləzzətli və cana xeyirli giləmeyvələrin mövsümüdür. Təsssüflər olsun ki, bu yay ləzzətinin ömrü qısadır. Mütəxəssislər qeyd edirlər ki, giləmeyvələr ən faydalı meyvələrdir. Bu dəfəki yazımızda bütün ailə üzvləri xüsusən də balacalarımız üçün giləmeyvələrdən faydalanmağın sağlam üsulları ilə bölüşmək niyyətindəyik.

Əvvəla qeyd edək ki, bu faydalı neməti qida təhlükəsizliyi baxımından 6 ayından böyük və 1 yaşından kiçik körpələrin gilemeyvələrə olan allergiya reaksiyasını yoxlayandan sonra təklif etməyiniz məsləhətdir. Ailənizin rasionuna giləmeyvələri istər içki, istərsə də qəlyanaltı şəklində əlavə edə bilərsiniz. Qəhvəaltı üçün giləmeyvələrdən hazırlanan smuzi, kokteyl və kompotlar ailənizin səhər yeməyi keyfinə rəngarənglik və müxtəliflik qatacaqdır.

Cascade-Ice-Berry-Blast

Istənilən giləmeyvə növündən və ya onların digər giləmeyvələrlə qarışığından belə dadı damağınızda qalan sağlam və faydalı cemlər hazırlamaq da mümkündür. Bunun üçün giləmeyvələrdən blender və ya digər mətbəx ləvazimatları vasitəsilə püre hazırlanır, üzərinə zövqə və giləmeyvələrin miqdarına uyğun qəhvəyi şəkər əlavə edilərək qazanda odun üzərinə hazırlanır. Qaynara düşəndən 3-5 dəqiqə sonra oddan götürülür. Amma nəzərə alın ki, bu cür cem bir neçə gün ərzində yeyilməlidir. Giləmeyvə cemini kəpəkli çörəyin üzərinə yağ və ya ləbnə çəkilərək yemək olar. Bundan əlavə evdə hazırlanan giləmeyvə cemləri yulaf və digər sıyıqları ağız təhamınız üçün unudulmaz dad kombinasiyası yaradacaq.

333

İlin istənilən fəslində giləmeyvə ləzzətini dadmağın ən sağlam və səmərəli üsulu isə yay mövsümündən onların soyuducuya atılaraq dondurulmasıdır. Bu da məhsulun faydasının maksimal həddə qoruyub saxlanılması üçün düzgün dondurma qaydaları:

1. Giləmeyvələri dondurmamışdan öncə yumağa ehtiyac yoxdur.
2. Öncə giləmeyvələri hamar səthə (məsələn, plastik və ya silikon siniyə) düzərək dondurulur.
3. Sonra isə dondurma üçün nəzərdə tutulan istənilən konteyner və ya torbaya doldurularaq, buzdolabında saxlanılır.

Bu üsul donu açıldıqdan sonra giləmeyvələrə formasını qorumağa imkan verir. Rənginin qaralmaması üçün dondurmamışdan öncə giləmeyvələrin üzərinə limon şirəsi və ya cüzi miqdarda qəhvəyi şəkər səpilməsi məsləhətdir.

Hazırladı: Səltənət Zülfüqarova/ Əmizdirmə məsləhətçisi
Mənbə: VİBaby

Şərhlər

Menyu