Moda bloqeri Basmanın qərb üslublu hijab dəstləri

b5

 

Moda incəsənətin ayrılmaz hissəsidir. Bu özünü ifadə etməyin bir yoludur. Moda bloqeri üçün özünü ifadə etməyin ən yaxşı yolu isə müxtəlif brendləri dəst halına gətirməklə öz xarakterinə uyğunlaşdırmaqdır. Son zamanlar hijablı xanımların arasında moda bloqqerlərinin yaranması artıq adi hala çevrilmişdir. Onlar gündəlik moda “tapıntılarını” nümayiş edərək məşhur qərb brendlərini hijab üslubuna uyğunlaşdıraraq zövqlü obrazlar yaradırlar.
 

İngiltərəli bloqqer Basma.K belələrindəndir. Basmanın tərzində əsas özəlik ondadır ki, o çoxlarının əldə edə biləcəyi məşhur brendlərin məhsullarını yüksək zövqlə seçib bir-birinə yaraşdıra bilir. Həmçinin Basmanın şıklıq və zərifliyi əks etdirən üslubunu hər tərzi sevən hijablı xanımlar bəyənir. Onun əynində qərb brendlərdən şərq üslublu abayalara qədər müxtəlif dəstləri görmək olar.
 

Bir çox hijablı xanımlar razılaşar ki, bəzi vaxtlar geyim seçməkdə çətinlik çəkir. Basma isə həm dükanlardakı yeniliklərdən xəbər verir, həm də pərəstişkarlarına bu paltarları necə geyinmək haqda yeni ideyalarını təqdim edir. Bundan başqa o kiçik videolar vasitəsilə fərqli hijab bağlama üsulları ilə də paylaşır. Onun qarderobunda biri- birindən yaraşıqlı obrazlar hədsizdir. Buna görə sizin üçün ən yaxşılarını seçməkdə çətinlik çəksək də bəzilərini təqdim edirik.

 

b1 b2 B3 B4  b6 b7 b8 b9 b10 b11 b12 b13 b14 b15 b16 b17

 

 

 

 

 

 

 

 

 

 

 

Şərhlər

Menyu